Home -- Azeri -- Perform a PLAY -- 044 (The witch doctor rants 3)
44. Cadugər coşur 3
TiFam: "Ay ana, yağış başlayır."
Ana: "Çox gözəl, TiFam, yağış tozu yuyacaq, hər yeri təmizləyəcək."
TiFam: "Biz Viktoru heç görməmişik. Görəsən, o ölməyib?"
Ana: "Öldüyünü düşünmürəm."
TiFam: "Amma ata deyir ki, pis ruhlar onu öldürəcək, çünki o həmişə İsadan danışır."
Ana: "Mən düşünürəm ki, onun Allahı daha güclüdür. Vay, ayağım!”
TiFamın anasının ayağı sürüşdü. O, ayağını zədələdi və güclə yeriyə bilirdi. Onlar necə evə qayıdacaqlar? Leysan yağışda nə edəcəklər. Müjdəçinin evini görüb qapını döydülər. Bilirsiniz, kim onlara qapını açdı? Viktor! O yaşayırdı.
Viktor: “Buyurun. Ocağın yanında oturun, saçlarınız, paltarınız qurusun.”
Anasının ayağı müalicə olunarkən, TiFam Viktorla danışdı.
TiFam: “Sən öləcəksən. Atam sənə cadu eləyib. Mən çox qorxuram! Biz burada oturmamalıyıq.”
Viktor: “Qorxmaq lazım deyil. Cadu mənə zərər verməyəcək. Çünki İsa Rəbbimdir və O məni qoruyacaq.”
Ana: “Viktor, səni bazarda danışarkən eşitdim. Sözlərinə inandım və o vaxtdan bəri ürəyimdə böyük bir rahatlıq var.”
Viktorla söhbət TiFamın anasına kömək elədi, TiFamın özü isə hələ də atasından qorxurdu. Atası bunu eşitsəydi… Onlar evə gec və yorğun çatdılar. Hava get-gedə pisləşirdi. Yağış kəsmirdi, daha da şiddətlənirdi. Çay daşdı, küçələri su basdı və neçə gün idi heç kəs bayıra çıxa bilmirdi. (qapı döyülür)
TiFam: “Kimdir?” (qapı açılır)
Orestil: “Viktor, sənin burada nə işin var?”
Viktor: “Torpaq sürüşür. Pis hava üzündən iri qayalar qopub yerə düşür. Evi tərk edin, yoxsa eviniz uçar və siz dağıntı altında qalarsınız.”
Orestil: “Bu nə axmaq sözdür! Biz heç hara gedən deyilik. Ruhlar bizi qoruyacaq.”
Viktor: “Ruhlar sizi qoruya bilməz. Yalnız yaşayan Allah – Ona iman etsəniz – sizə kömək edə bilər.”
Orestil: “Mən bunu eşitmək istəmirəm. Get buradan! Rədd ol!”
Viktor getməmişdən əvvəl Orestil xanıma ürək-dirək verdi.
Viktor: “Orestil xanım, qorxmayın. Allah sizinlədir.”
Viktor evdən çıxar-çıxmaz Orestil qəzəblə xəncərini götürdü və bayıra çıxdı.
TiFam: “Dayan, ata, nə olar, eləmə bunu!”
Davamı növbəti verilişdə.
Rollar: Aparıcı, ana, TiFam, Viktor, Orestil
© Müəlliflik hüququ: CEF Germany