STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 089 (Ringu at the bull race 1) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
89. Rinqu öküz yarışında 1Hindistanın kiçik bir kəndində Rinqu adında bir oğlan yaşayırdı. Bir gün Rinqu öküzləri qoşdurdu və ata-anası ilə birlikdə arabaya mindi. Rinqu: "Sən də min, Battu, biz artıq gedirik." Battu: "Ura! Bazara gedirik!" Rinqu: "Sonra da böyük Öküzlər bayramını qeyd edəcəyik." Battu: "Rinqu, mən maraqla gözləyirəm, görüm, sən öküz yarışında qalib gələcəksən ya yox?" Rinqu qabaqda oturub öküzləri idarə edirdi. Çox həyəcanlı idi. Yol cəngəllikdən keçirdi. Deyirdilər ki, orada pələng yaşayır və pis ruhlar olur. Battu: "Tez sür, ay Rinqu, tez!" Rinqu: "Maraqlıdır, biz orada xariciləri görəcəyikmi? Bilirsən, orada ağ dərili bir kişi var, həmişə lütfkar Allahdan danışır." Şəhərdə həyat qaynaşırdı. Onlar gəlib çatanda Rinqu tələsik arabadan yerə tullandı. Rinqu: "Vay-vay! Ayağım!" Oğlanın dabanına uzun bir tikan batıb. O, dişlərini sıxa-sıxa tikanı çıxartdı və axsaya-axsaya valideynlərinin ardınca getdi. Atası bazarlıq edərkən oğlan gizlicə bir banan oğurladı. O bunun pis iş olduğunu yaxşı bilirdi, amma düşünmüşdü ki, onsuz da hamı oğurluq edir. Gözəl musiqi səsi Rinqunun qulağına gəldi. O, səsin gəldiyi tərəfə qaçmaq istədi və qəfildən bir adamla toqquşdu. Adamın əlindəki kağızlar yerə töküldü. Rinqu gördü ki, bu, ağ dərili xaricidir. Oğlan qaçmağa çalışdı, amma kişi onu saxladı. Müjdəçi: "Bir dəqiqə dayan, dostum, sənə bu vərəqi vermək istəyirəm. Bu, Allahdan sənə bir məktubdur. Allah bu məktubda səni çox sevdiyini yazır." Rinqu vərəqi götürüb çalmasına qoydu. Musiqi səsi kəsildi və balaca orqan çalan adam alətini bir kənara qoyub camaata müraciət etdi. Pandu: "Adım Pandudur. Mən əvvəl pis ruhlara qurban gətirərdim, öküzlərə sitayiş edərdim, lakin indi var olan Allahı tanıyıram və Ona ibadət edirəm. Həqiqi Allah Odur." Bu sözlər Rinqunu düşündürdü. Ertəsi günün sabahı Rinqu təbil səsindən oyandı. Ayağının qızarıb şişdiyini görəndə dəhşətə gəldi. Atası falçını çağırdı. Falçının ona yaxınlaşdığını görən Rinqu qorxudan tir-tir əsdi. Falçı yarasına istiot tökdü və qulaqlarına üfürdü. Rinqu çığırdı. Rinqu: "Ay-ay!" İstiotla üfürmə yarasının sağalmasına necə kömək edə bilər? O gün yarış oldu. Rinqu dözülməz ağrıya baxmayaraq öküzlərinin cilovunu tutdu və gülməyə çalışdı. (tapanca atəşi səsi) Öküzlər tamaşaçı alqışı ilə qaçmağa başladı. Rinqu yenə ağrıdan qışqırdı və arabanın ardınca qaçdı. Birdən ayağı sürüşdü və … Sonra nə baş verdiyini siz növbəti verilişdə öyrənəcəksiniz. Rollar: Aparıcı, Rinqu, Battu, müjdəçi, Pandu © Müəlliflik hüququ: CEF Germany |