STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 035 (Rendezvous in Jerusalem) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
35. Yerusəlimdəki hadisəİnsanlar hər yandan Yerusəlim şəhərinə gəlmişdilər. Xarici ölkələrdən gələnlər də çox idi. Onlar Əllinci gün bayramını qeyd etmək üçün buraya gəlmişdilər. Minlərlə insan Yerusəlimin küçələrində gəzirdi. O gün Rəbb İsanın şagirdləri dua üçün bir evdə yığılmışdılar. Birdən güclü külək uğultusunu eşitdilər. Bayırdakı insanlar da bu səsi eşitdilər. Bu nə ola bilərdi? Bundan savayı, şagirdlərin üstünə alov kimi dillər düşdü. Bu möcüzə nə ola bilərdi? Bu ecazkar şeylər İsanın ənamı idi. İsa şagirdlərinə Müqəddəs Ruhunu bəxş etdi. O, dostlarını unutmadı. İsa Müqəddəs Ruh vasitəsilə həmişə Öz balaları ilə birlikdədir. O, Təsəlliverici, Məsləhətçi və Yardımçı Ruhdur. Onun vasitəsilə Allahın övladları həmişə cənnətdəki İsa ilə əlaqədə olurlar. Evin qabağında heyretlənmiş izdiham toplandı. Kişi: “Bu nə deməkdir, görəsən?” Şagirdlərin sevincinin həddi-hüdudu yox idi. Onlar izdihama İsadan danışdılar. Təsəvvür edin, başqa ölkələrdən gələn insanlar belə, onları başa düşürdü. Hər kəs İsanın dostlarının öz doğma dilində danışdığını eşidirdi. Onlar heç vaxt öyrənmədikləri dillərdə danışdılar. Bu möcüzəni edən İsa idi. Bəziləri lağ etdilər: Rişxəndçi: “Bıy, bunların hamısı sərxoş imiş! Özü də gündüz vaxtı.” Peter ayağa durdu: Peter: “Xeyr, biz sərxoş deyilik. Allah vədini yerinə yetirdi və bizə Müqəddəs Ruhunu göndərdi.” Peter cəsarətlə İsadan danışdı, İsanın ölüb dirildiyini və indi cənnətdə yaşadığını anlatdı. Kişi: “Bu Peter deyil? Axı o bu yaxınlarda İsanı tanıdığını belə inkar edib!” Qadın: “Özüdür ki var. Ancaq o artıq qorxaq deyildir. Çox dəyişilibdir.” Allah-Taala Müqəddəs Ruh vasitəsilə Peteri dəyişdirdi. Peter mərd şahid oldu və sözləri ona qulaq asanların ürəklərinə təsir edirdi. Kişi: “Biz nə etməliyik?” Qadın: “Biz o qədər çox səhv etmişik.” Peter: “Rəbb İsaya iman edin və Allah sizi bağışlayacaq. Onda siz Müqəddəs Ruhu qəbul edəcəksiniz.” 3000 nəfər Peterin dediyi kimi etdi. Duada İsanı çağırıb xilas oldular. Bu Əllinci gün bayramından sonra şagirdlər təzə sevinclə doldular. Rollar: Aparıcı, rişxəndçi, Peter, kişi, qadın © Müəlliflik hüququ: CEF Germany |