Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 034 (The most important question)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

34. Ən mühüm sual


Şagirdlər dinmədən dayanmış, göyə baxırdılar. İsanın onlarla söhbət etməsindən bir dəqiqə belə, keçmədi və budur, İsa bir bulud içində göyə qaldırıldı, onların gözləri qabağında qeyb oldu.

Birdən heyrətə düşmüş şagirdlərin önündə ağ paltar geyinmiş iki kişi göründü.

Mələk: “Siz niyə göyə baxırsınız? İsa göyə qalxdığı kimi bir gün təkrar gələcək.”

İsa gəlir! O şagirdlərindən ayrılanda təkrar gələcəyini vəd etdi. Bu necə gözəl vəddir!

Qız: “Həqiqətənmi, İsa təkrar gələcək?”

Bəli. İncil Kitabında İsa Özü vəd edib deyir ki, Mən sizə yer hazırlamağa gedirəm və sonra təkrar gəlib sizi oraya aparacağam, belə ki siz həmişə Mənimlə olasınız.

Oğlan: “Bəs İsa nə vaxt qayıdacaq?”

Şagirdləri Ondan bunu soruşanda, İsa belə cavab verdi:

İsa: “Sizə o günü dəqiq bilmək vacib deyildir. Məni unutmamaq daha çox vacibdir. Siz Mənə iman edin və gəlişimi gözləyin. Təkrar gələcəyim vaxtı yalnız Ata Allah bilir.”

Ancaq İsa təkrar gələcəyi zamanı biləcəyimizi söylədi. Gəlişindən əvvəl müharibələrin, zəlzələlərin olacağını bildirdi. Bu fəlakətlər baş verəndə biləcəyik ki, az vaxt qalıb.

Qız: “Bəs İsa necə gələcək?”

Oğlan: “Buludlarda gələcək, düzdür?”

Bəli. Sən yaxşı qulaq asırsan. İsa qəflətən gələcək. Onun gəlişi qəzetlərdə, yaxud SMS-lərlə elan edilməyəcək. Lakin hər kəs Onu görəcək. Onu unudanlar, Onsuz yaşayanlar, İsa yoxdur deyənlər vahiməyə düşəcəklər. Onu sevən və gözləyən insanlarsa çox sevinəcəklər və Onunla birlikdə cənnətə gedəcəklər.

Mən İsanın tərəfindəyəmmi? Sən İsanın tərəfindəsənmi? Bu, dünyada ən mühüm sualdır.

Allah bizi sevir və ona görə də hər kəsin Onu qəbul etməsini və cənnətə getməsini istəyir.

Əgər biz Rəbb İsaya iman ediriksə, Onun tərəfində olduğumuza əmin ola bilərik.

İsa təkrar gələcək! Məncə, artıq gəlişinə az qalıb.


Rollar: Aparıcı, mələk, qız, oğlan, İsa

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:40 AM | powered by PmWiki (pmwiki-2.3.3)