STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 118 (Sled crash 2)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

118. Kirşə qəzası 2


Uşaqlar, məktəbə avtobusla getmək maraqlıdır, yoxsa kirşə ilə? İsveçrənin Alp dağlarında yaşayan Maya ilə Fridli səhərləri kirşədə sürüşə-sürüşə məktəbə gedərdilər. Ancaq bir kirşədə deyil, bir-biri ilə yola gedə bilmədiklərinə görə ayrı kirşələrə minərdilər. Bəs nə üçün yola getmək o qədər çətin idi? Hər necə olsa, günlərin birində pis hadisə baş verdi. Fridli bunu istəməmişdi. Onun heç pis niyyəti olmamışdı. O yüksək sürətlə aşağı gedirdi və kirşəsi təsadüfən Mayanın kirşəsi ilə toqquşdu, uşaqların ikisi də çuxura düşdü.

Maya: "Eeee! Hara baxırsan? Bir az ehtiyatla sürə bilmirsən?"

Fridli: "Bağışla, Maya. Qoy sənə kömək eləyim."

Maya: "Burax məni! Özüm qalxacağam. Sənin köməyin mənə lazım deyil!"

Fridli: "Küsmə artıq, ay ağılsın qız."

O səhər Maya məktəbə gecikdi. Paltarı, kitabları islanmış, donmuş halda gəlib çıxdı.

Müəllim: "Maya, sənə nə oldu?"

Maya: "Günah Fridlidədir. O məni çuxura itələdi. Sonra məni tək qoyub qaçdı."

Hamının Mayaya yazığı gəldi, Fridliyə isə acığı tutdu. Mayanın daxilən Fridli qədər pis olduğunu heç kim bilmirdi. Bütün uşaqlar anasını itirmiş yazıq qızın tərəfini saxladı.

İnsanlar üzümüzə baxırlar, Allah isə ürəklərimizi görür.

Sakit bir səs həm Mayaya, həm də Fridliyə nifrətin günah olduğunu deyirdi. Lakin onlardan heç biri birinci addım atmaq istəmirdi. Vəziyyət getdikcə pisləşirdi.

Yazda qar əriyəndən sonra Fridli dağ yamacında Klausa rast gəldi. Uşaq balaca pişiyi ilə oynayırdı.

Fridli: "Sənin nə işin var burada?"

Klaus: "Maya üçün gül dərirəm."

Fridli: "Yaxşı, yaxşı, Maya üçün! Sənin bacın kütbeyindir!"

Fridli Klausdan dərdiyi gülləri qapdı, ayağı altına atıb tapdaladı.

Klaus: "Mən atama danışacağam."

Fridli: "Yox, danışmayacaqsan!"

Fridli Klausun balaca pişiyini əlinə götürüb dərin dərənin üstündən tutdu. Ondan sonra hər şey ildırım sürətilə baş verdi. Ağça Fridlinin əlini cırmaqladı və Fridli onu buraxdı. Pişik dərəyə düşdü. Beş yaşlı Klaus pişiyin dalınca getdi, ayağı sürüşdü və o, dərəyə düşdü. Bu hadisəyə görə sarsıntı keçirən Fridli həyəcanla dərəyə baxırdı.

Fridli: "Klaus! Klaus, sən sağsan? Bir söz de də!"

Cavab gəlmədi. Fridli qorxu ilə ətrafa baxdı və evə qaçdı. Tövləyə girib dəli kimi ağladı.

Bəs sonra nə baş verdi? Bunu sizə növbəti verilişdə danışacağam.


Rollar: Aparıcı, Maya, Klaus, müəllim, Fridli

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 13, 2017, at 01:41 PM | powered by PmWiki (pmwiki-2.3.3)