STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 063 (Sammy‘s discovery)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

63. Semminin kəşfi


Nyu-Yorkun küçələrində soyuq külək əsirdi. Semmi papağını qulaqlarına çəkdi. Hər axşam o, atasıyla gəzməyə gedərdi. Küçədə sürətlə keçən maşınların, qəfil basılan əyləclərin, böyük çantalarla avtobusa minməyə çalışan qadınların səsləri gəlirdi. Hamı tələsirdi.

Semmi: "Ata, bu niyə belədir?"

Semminin atası fikirdən ayıldı:

Ata: "Nədən danışırsan, ay oğlum?"

Semmi: "Ata, o ulduza bax! Görürsən?"

Uşaq həvəslə binaların birində pəncərədə yanan işığı göstərdi. O, qaranlıqda ulduz kimi parlayan şamın işığı idi.

Ata: "Bu, şamdır, oğlum. O adamların oğlu çox uzaqdadır, düşmənlərimizə qarşı müharibədə vuruşur, onlar da onun üçün şam qoyublar. Əgər onların oğluna güllə dəysə, onda onlar şamı söndürəcəklər."

Onlar gəzməyə davam etdilər. Atası oğlu haqqında düşünürdü: Ümid edirəm, mən heç vaxt onun üçün pəncərəmdə şam qoymaram.

Semminin gözləri ulduz axtarırdı.

Semmi: "Ata, bir daha ulduz görürəm. Birini də görürəm. Bax, bir pəncərədə iki şam var. Yəqin ki, bu ailənin iki oğlu müharibədə vuruşur."

Küçənin sonunda Semmi başını qaldırdı və qəfildən dayandı. Nəfəsi kəsildi. O, inanılmaz bir şey gördü.

Semmi: "Ay ata, ora bax!"

Axşam səmasında bir ulduz görünmüşdü.

Semmi: "Ata, Allahın da Oğlu var? O da pəncərəsində ulduz qoyub!"

Ata: "Bəli, oğlum, Allahın da bir Oğlu var. Allah Oğlunu bu dünyadakı şərə qarşı vuruşmağa göndərmişdi. Və Oğlu qalib gəldi! Silahla deyil, məhəbbətlə qalib gəldi. Canını qurban verdi. Allahın Oğlunu çarmıxa çəkdilər, amma O Onu öldürən düşmənlərini belə, sevir. Onun vasitəsilə biz Allahla və başqa insanlarla barışırıq."

Ondna sonra Semmi pəncərədəki ulduzları tez-tez yada salırdı və Öz canını qurban verərək dünyadakı şərə qalib gələn Oğulu düşünürdü.

İsa bizə sülh və barışıq verdi. Dünyada insanları bədbəxt eləyən qorxunc müharibələr baş verir. Çox adam bombalardan, güllələrdən həlak olur.

Lakin Allahın pəncərəsindəki ulduz əsla sönməz! Ona sığınan hər kəsə xilas və sülh verən İsa Məsihin ulduzunu heç kim söndürə bilməz!


Rollar: Aparıcı, ata, Semmi

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 06:53 AM | powered by PmWiki (pmwiki-2.3.3)