Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 122 (Peter’s life in danger)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

122. Peterin zindandan qurtarması


Bütün evlərdə çoxdan işıqlar sönmüşdü, yalnız Məryəmin evində hələ işıq yanırdı. Məryəmin evində çox qonaq toplaşmışdı. Bu toplantının səbəbi kədərli idi: Peterin həbs olunması idi. Peter İsa haqqında danışırdı və padşah Hirodun fikrincə bu, dəhşətli cinayət idi. Doğrudanmı, sabah Peteri edam edəcəklər? Dostları ümidini üzmədilər, çünki Allah möcüzələr yarada bilər. Odur ki, gecə-gündüz dua etdilər.

Qadın: "Ya Rəbb İsa, yalvarırıq, Peterin edam edilməsinə yol vermə!"

Kişi: "Sən möcüzələr yaradan Allahsan. Biz Sənə ümid bağlamışıq."

Bəs Peter necə oldu? Gəlin, onun yatdığı zindana baxaq. İncil Kitabı o qədim dövrə açılan bir pəncəyə kimidir. Biz bu pəncərədən imanlıların o vaxt İsa ilə necə yaşadıqlarını görə bilərik.

Oğlan: "Peter yatıb! Edamdan qabaqkı gecə o necə yata bilir?"

Qız: "O, iki qarovulçuya zəncirlənib."

Oğlan: "Daha iki nəfər qapıda durur."

Peterin həyatı təhlükədə idi və dostları durmadan ona görə dua edirdilər. Lakin o gecə nə baş verəcəyini heç kəs təsəvvürünə gətirə bilməzdi.

Qəflətən hər tərəf işıqlandı. Peterin yanında bir mələk peyda oldu.

Mələk: "Peter, ayağa dur. Ayaqqabını tax, geyin və mənimlə gəl."

Peter mələklə birlikdə getdi. Sanki yuxuda idi. Zəncirləri yox olmuşdu, qarovulçulardan heç birinin heç nədən xəbəri olmamışdı. Gözlə görünməz qüvvətli bir əl nəhəng zindan darvazasını açdı. Ondan sonra mələk qeyb oldu. Allah möcüzələr yaratmağa qadirdir!

Peter: "Mən azadam! Allah məni Hiroddan qurtarmaq üçün mələyini göndərib!"

Peter Məryəmin evinə tələsdi (qapı döyülür).

Roda: "Kimdir?"

Peter: "Mənəm, Peter."

Roda səsini eşitdikdə sevincindən qapını açmağı belə, unutdu və toplaşan bacı-qardaşlarının yanına qaçdı.

Roda: "Peter qapıda dayanmışdır!"

Kişi: "Sən ağlını itirmisən. Ola bilməz!"

Roda: "Doğru deyirəm! Onun səsini eşitmişəm." (qapı döyülür)

Peter: "Açın!"

Kişi: "Doğrudan, özüdür ki, var. Allah bir möcüzə yaradıb!" (Qapı açılır)

Qadın: "Peter, sən zindandan necə çıxmısan?"

Peter hər şeyi dostlarına danışdı.

Allah möcüzələr yaratmağa və heyranedici şəkildə dualara cavab verməyə qadirdir.

Bu gün o hələ də böyük və kiçik möcüzələr yaradır. Hər zaman Ona ümid bağlayın!


Rollar: Aparıcı, qadın, kişi, oğlan, qız, mələk, Peter, Roda

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 07, 2017, at 05:49 AM | powered by PmWiki (pmwiki-2.3.3)