STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 126 (So close – and yet so far)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

126. O qədər yaxındır, həm də o qədər uzaqdır


Gənc adam: "Həyatımda bir şey əskikdir. Bilmirəm, nədir, amma o mənim üçün çox vacibdir. Dünyada ən vacib olan bu şeyi mən necə əldə edim?"

Gənc varlı rəhbərin həyatında bir şey əskik idi. Ancaq heç kimin bundan xəbəri yox idi. O, uğurlu, qəşəng və çox varlı gənc bir adam idi.

Buna baxmayaraq, həyatında bir şey əskik idi. O özü də bunu dərk edirdi. Bəlkə siz də həyatınızda bu əskikliyi hiss edirsiniz? Gənc adamın ürəyində rahatlıq yox idi. Bunu necə əldə edə bilərdi? İsa bu sualın cavabını bilirdi.

Gənc adam: "Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?"

Əskik bu imiş! İsaya imanla başlayan və ölümdən sonra cənnətdə davam edən əbədi həyat! Gənc adama lazım olan o imiş.

İsa: "Əbədi həyata nail olmaq üçün əmrlərə riayət et: Oğurluq etmə. Zina etmə. Yalan söyləmə. Qətl etmə. Ata-anana hörmət et."

Gənc adam: "Bu əmrlərə kiçikliyimdən bəri riayət etmişəm."

Bəs siz, uşaqlar, belə cavab verərdinizmi?

İsa: "Onda nəyin varsa, satıb yoxsullara payla. Sonra qayıt, Mənim ardımca gəl."

Gənc rəhbər bunu eşitdikdə pis oldu, çünki həddindən çox varlı idi. Kədər içində üzünü döndərib getdi. Onun üçün pul İsadan və əbədi həyatdan daha vacib idi.

Qız: "Bəs varlı adam heç İsanın ardınca gedə bilməzmi?"

Əlbəttə, bilər. Əsas sual odur ki, onun üçün ən önəmli nədir? Gəlin bir təcrübə keçirək.

Qız: "Şam nə üçün lazımdır?"

Şam bizə İsanı xatırladır, axı İsa dünyanın Nurudur.

Oğlan: "Yandırmaq olar?" (yandırılan kirbit səsi)

Qız: "Necə də gözəl yanır!"

Mən yüz manatlıq pulu şamın önündə tutsam, nə olacaq?

Qız: "Pul işığı tutacaq."

Oğlan: "Başa düşdüm! Pul onun üçün ən qiymətli idi, İsa isə ikinci idi."

Qız: "Pul onu İsadan ayırmışdı."

Lakin hər şey başqa cür də qurtara bilərdi. İndi mən pulu şamın arxasında tutacağam.

Oğlan: "Bu dəfə İsa birinci olur və pul belə, onun işığında parıldayır."

Görürsünüz, uşaqlar, hər şeyin öz yeri olmalıdır. Varlı rəhbərin həyatında pul birinci yerdə idi. Buna görə də o, bildiyimiz qədər, özünü cənnətdəki əbədi həyatdan məhrum etdi.

Heyf ki, bu əhvalatın axırı belə kədərlidir.

Ümid edirəm ki, sizin İsa ilə həyatınızın "xoşbəxt sonluğu" olacaq, uşaqlar. Arada özünüzü yoxlayın: həyatınızda birinci yeri tutan kimdir: İsadır, yoxsa yox?


Rollar: Aparıcı, gənc adam, İsa, qız, oğlan

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 07, 2017, at 05:53 AM | powered by PmWiki (pmwiki-2.3.3)