Home -- Azeri -- Perform a PLAY -- 125 (Deadly arrow 2)
125. Öldürücü ox 2
Ancaq bir adam həqiqəti söyləməyə cəsarət etdi. 400 nəfərin içində bircə adam!
Mikeya: "Ey padşah Axav, Allah bu müharibəni istəmir. Sən Ona qulaq asmasan, həyatını təhlükəyə atarsan."
Axav: "Eşitdinizmi? O mənim haqqımda ölüm hökmü çıxarır! Onu zindana atın! Tez!"
Allaha qulaq asmaq Padşah Axavın xoşuna gəlmirdi. O artıq qəti qərara gəlmişdi ki, Ramot şəhərinə hücum edəcək.
Allaha qulaq asmayan öz həyatını təhlükəyə atır. Axavın casusları düşmənin qurduğu planı gizlicə öyrəndilər.
Casus: "Biz Axava və qoşunlarına qarşı vuruşanda, əsgərləri vurmayın, padşahı nişan alın."
Lakin Axav çox ağıllı idi.
Axav: "Qulaq as, padşah Yehoşafat. Mən görünüşümü dəyişdirəcəyəm, sənsə padşah qiyafəsində gəl. Birgə çıxaq müharibə meydanına."
Padşah Yehoşafat Axava qoşulub getdi. Düzü, bunu mən anlaya bilmirəm. Niyə o, Allahın məsləhətinə qulaq asmadı? Axı adətən o, Allahın köməyi ilə qərarlar verirdi.
Döyüş çox çətin idi. Düşmən əsgərləri yalnız padşahı vurmağa çalışdılar.
Siz təsəvvür edə bilirsiniz ki, onlar Yehoşafatı padşah qiyafətində görəndə onun padşah Axav olduğunu güman edib nişan alırdılar. Yehoşafat bu son dərəcə təhlükəli vəziyyətdə böyük həqiqəti dərk etdi: Allaha qulaq asmayan öz həyatını təhlükəyə atır. Yehoşafat ölümlə üz-üzə gəldi. Lakin Allah elə etdi ki, düşmənlər onu vura bilmədilər.
Əsgərlərdən birinin kamandan bəxtə-bəxt atdığı ox padşah Axava dəydi və onu ölümcül yaraladı. Günəş batan vaxt o öldü. Allaha qulaq asmadığı üçün həyatını itirdi.
Yehoşafat isə birdən ayıldı.
Ondan sonra Yehoşafat bir daha Allahsız qərara gələcəkmi?
Allaha qulaq asmayan hər kəs öz həyatını təhlükəyə atır. Padşah Yehoşafat aldanıb Allahsız hərəkət etdi. Sonra isə bu hərəkətinə görə peşman oldu.
Hətta əgər Allaha qulaq asmaq sənin dostlarının xoşuna gəlməsə belə, sən axına qarşı üzən balıq kimi hərəkət et. Başqaları nə düşünürlər-düşünsünlər, sən Allaha qulaq as. İsanı tanıyan və sevən insanlardan məsləhət al.
Allaha qulaq asmayan hər kəs öz həyatını təhlükəyə atır. Allaha qulaq asmaq mənim üçün əsl sevincdir, çünki mən bilirəm ki, O mənim üçün ən yaxşısını istəyir!
Rollar: Aparıcı, Axav, Mikeya, casus
© Müəlliflik hüququ: CEF Germany