STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 099 (Safari quiz)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

99. Safari viktorinası


İndi biz safariyə gedirik, siz də bizə qoşulmaq istəyirsinizmi?

Oğlan: "Biz Müqəddəs Kitabda səyahət edəcəyik və orada məşhur heyvanları axtaracağıq."

Qız: "Onlardan bəziləri heyranedicidir!"

Şübhəsiz ki, siz bəzi heyvanları yaxşı bilirsiniz, uşaqlar. İstəyirsinizsə, onların adlarını yazıb mənə göndərə bilərsiniz.

İlk öncə biz Misirə səfər edəcəyik. Səmada günəş parlayır. İsrail xalqı burada 400 il boyunca kölə olmuşdu. Allaha xilas üçün fəryad etdilər və Allah fəryadlarını eşitdi, lakin firon xalqı buraxmaq istəmədi.

Allah fironu cəzalandırmaq üçün Misirə heyvanlar göndərdi. Onlar gəlib misirlilərin evlərinə və hətta yataqlarına girdilər. Bunlar hansı heyvanlar idi?

Biz uzun yol getdik və axırda bir çay gördük. Allahın elçisi İlyas burada neçə-neçə saatlar, günlər keçirmişdi. Səhərləri və axşamları quşlar ona yemək gətirərdilər.

Ona çörək və ət gətirən hansı quşlar idi?

Bir adam da ağlıma gəldi, adı Balam idi. Balam Allahdan uzaq idi. Bir dəfə mindiyi heyvan ona etiraz edərək insan səsi ilə danışdı. Bu hansı heyvan idi?

Ararat dağı haqqında yəqin ki, eşitmisiniz. Nuhun gəmisi Tufandan sonra orada dayanmışdı. Hansı quş Nuha suyun yer üzündən çəkildiyini müjdələyərək dimdiyində zeytun yarpağı gətirdi?

Safarimiz davam edir və indi biz Babilə gəlirik. Buraya Daniel peyğəmbəri sürgün etmişdilər.

Qız: "Daniel mənim üçün nümunədir. O, gündə üç dəfə dua edirdi."

Buna görə onu vəhşi heyvanlara yem etmək istədilər.

Allah hansı vəhşi heyvanın ağzını bağladı ki, Danieli yeyə bilməsin?

Bilirsinizmi, Müqəddəs Kitabda hansı heyvan hiyləgər olaraq təsvir olunur? İlan. İblis ilk insanları yoldan çıxarmaq, Allaha qarşı itaətsizliyə sövq etmək üçün ilandan istifadə etmişdir.

Oğlan: "Bu baş verməsəydi, hamı Allaha yaxın olardı."

Lakin hamımız günahkar təbiətimizdə Allahdan uzaqlaşmışıq. Buna görə İsa bizi tez çaşan və yolunu azan heyvana oxşadır.

Bu, hansı heyvandır?

İsa Yaxşı Çobandır. O insanları sevdiyi üçün adları ilə çağırır.

Bu heyvanlardan ən az dördünü tapa bilmisinizmi? Cavablarınızı mənə göndərsəniz, çox şad olaram.

(Cavablar: qurbağa, qarğa, eşşək, göyərçin, şir, qoyun)


Rollar: Aparıcı, oğlan, qız

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:32 AM | powered by PmWiki (pmwiki-2.2.109)