STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 066 (He’s finally here)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

66. Axır ki, O gəlib


Mais: "Görəsən, o nə vaxt gələcək?"

Mais atasını səbirsizliklə gözləyirdi. Dəqiqəbaşı pəncərəyə gəlib baxırdı.

Mais: "Ay ana, ata nə vaxt gələcək?"

Ana: "Artıq çox çəkməz. Bu gün ezamiyyətdən evə gələcəkdi. Ümid edirəm ki, tıxaca düşməz."

Mais: "O mənə yeni kompyuter oyunu gətirəcək. Kaş ki, artıq gələydi!"

Kaş ki gələydi! İki min il əvvəl İsraildə yaşayan insanlar da belə arzu edirdilər. Allahın vəd etdiyi Xilaskarın tez gələcəyini ümidlə gözləyirdilər. Andrey xilası, sülh və əmin-amanlığı gətirəcək Olanı səbirsizliklə gözləyirdi. Vəftizçi Yəhya ilə olmaq onun çox xoşuna gəlirdi. Yəhya həmişə Xilaskardan danışırdı və hətta Onu gördüyünü söyləyirdi!

Bir gün Andrey özü Onu gördü. Bu, Andreyin həyatında ən gözəl gün idi.

Andrey İordan çayında Yəhyanın yanında dayanmışdı. Yəhya birdən nida etdi:

Yəhya: "Bax, Odur: İsa! Vəd olunmuş Xilaskar!"

Andrey İsanın olduğu yerə baxdı.

Andrey: "Budur Xilaskar! Nəhayət, O gəldi!"

İsa ilə tanış olmaq istəyən Andrey bir dostu ilə birlikdə İsanın ardınca getdi. İsa Onu axtaran, Onunla tanış olmaq istəyən hər kəsi tanıyır. O onlara dönüb soruşdu:

İsa: "Siz kimi axtarırsınız? Sizə nə lazımdır?"

Andrey: "Sən harada yaşayırsan?"

İsa: "Mənimlə gəlin, Mən sizə göstərim."

Onlar böyük sevinclə, həvəslə İsanın ardınca getdilər. Onun harada yaşadığını gördülər və bütün günü Onun yanında qaldılar.

İsa ilə olmaq ən böyük sevincdir. Bəs səndə bu sevinc varmı? Andrey sevincdən uçurdu. Nələr yaşadığını kiməsə danışmaq istəyirdi.

İnsanlara İsa haqqında danışmaq necə gözəldir! Bəs siz bu gün kimə İsa haqqında danışa bilərsiniz, uşaqlar?

Andrey ilk əvvəl qardaşına danışdı.

Andrey: "Şimon, biz Onu tapmışıq! İsa aramızdadır. Gəl, sən mütləq Onunla tanış olmalısan!"

Andreyin həvəsi sirayətedici idi. Şimon qardaşına inanıb İsanın yanına getdi. İsa elə bil ki, onu gözləyirdi. İsa onun adını belə, bilirdi.

İsa: "Sən Şimonsan. Ancaq indidən etibarən Peter adlanacaqsan."

İsa ona yeni ad verdi! Bu deməkdir ki, İsa Şimonu dəyişdirəcəkdi və Şimon yeni insan olacaqdı. Biz də İsanı tapanda və yolunu tutanda dəyişilib yeni insan oluruq.

Bu mənə cəsarət verir, çünki İsa məni də dəyişdirir.


Rollar: Aparıcı, Mais, ana, Yəhya, Andrey, İsa

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 06:55 AM | powered by PmWiki (pmwiki-2.2.109)