STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 054 (Someone cries, the others smirk 2)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

54. Biri ağlayır, o birilərsə gülürlər 2


Yusifin on qardaşı Şimali İsraildə, evlərindən uzaq bir yerdə atalarının sürüsünü otlatırdı. (Qoyun-quzu mələşməsi eşidilir)

Qardaşlar Yusifə paxıllıqdan yanırdılar.

1-ci qardaş: "Görəsən, yuxu görənimiz Yusif nə edir?"

2-ci qardaş: "Demə, Allah ona böyük adam olacağını bildiribmiş. Və biz ona səcdə edəcəyikmiş! Bu necə də gülünc fikirdir!"

1-ci qardaş: "Atanın ona o paltarı verməsi məni lap yandırır."

2-ci qardaş: "Bəsdir, bundan danışdınız. Lap dilxor oldum. Ondansa qoyun-quzumuzu düşünək. Bu daha vacibdir."

Bu arada Yaqub oğullarını düşünürdü.

Ata: "Ay Yusif, sənin qardaşlarına görə narahatam. Görəsən, sağ-salamatdılar? Vəhşi heyvanlar sürüyə hücum etməyib ki? Onların yanına get, vəziyyətlərini öyrən."

Yusif atasının bir sözünü iki eləməzdi. Onunla dilləşmədən dərhal xahişini yerinə yetirdi. Yol uzun çəkdi. Nəhayət o, qardaşlarına yaxınlaşdı. Qardaşları onu uzaqdan gördülər.

1-ci qardaş: "Budur, yuxu görənimiz gəlir. İndi gəlin onu öldürək!"

2-ci qardaş: "Yox, öldürməyək. Daha yaxşısı, onu bu quyuya ataq."

Böyük qardaş Ruven vicdan əzabı çəkirdi və qardaşını qurtarmağa çalışırdı.

Yusifin isə qardaşlarının dəhşətli planlarından xəbəri yox idi.

Yusif: "Salam, qardaşlar! Necəsiniz?"

1-ci qardaş: "Bunun sənə dəxli yoxdur. Tez ol, paltarını çıxar, ver bura! O quyunu qörürsən? İndi o quyuda oturub göyə baxacaqsan!"

Yusif: "Yox! Buraxın məni! Axı mən sizə nə pislik eləmişəm?" (onun quyuya atılması eşidilir)

Xoşbəxtlikdən, quyuda su yox idi. Lakin quyu çox dərin idi və Yusif oradan təkbaşına çıxa bilməyəcəkdi.

Yusif: "Kömək edin! Kömək edin! Məni buradan çıxarın! Kömək edin! Mənə çıxmaq lazımdır. Məni eşidirsiniz? Kömək edin!"

Yusifin qardaşlarının kefi yerində idi. Onlar kölgəlik yerdə oturub yemək yeyirdilər. Birdən çoxlu dəvələr göründü. Bu, mallarını Misirə aparan tacirlərin karvanı idi.

1-ci qardaş: "Bilirsiniz, ağlıma nə gəlib? Gəlin Yusifi sataq."

2-ci qardaş: "Əla fikirdir, Yəhuda. Həm ondan yaxamızı qurtaracağıq, həm də pul əldə edəcəyik."

Sövdə gerçəkləşdi. Qardaşlar Yusifi 20 gümüş pula satdılar və Yusif Misirdə bir adamın qulu oldu. Qardaşlar onun gözəl paltarını atalarının yanına gətirdilər. Paltar qana bulaşmışdı.

1-ci qardaş: "Ata, biz bunu tapmışıq. Gör, Yusifin paltarı deyildir ki bu?"

Ata: "Bəli, onun paltarıdır! Yəqin, onu vəhşi heyvan yeyib. Oğlum ölüb! Yusif ölüb!"

Qardaşlar günahlarını bir yalanla ört-basdır elədilər və ataları onlara inandı. Onların ürəkləri şərlə dolu idi. Lakin Allah Yusifin yaxşılığı üçün çalışmışdır.

Çox maraqlıdır, bundan sonra nə baş verəcək? Sizə də maraqlıdırmı, uşaqlar? Növbəti verilişi buraxmayın!


Rollar: Aparıcı, iki qardaş, Yusif, ata

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 06:45 AM | powered by PmWiki (pmwiki-2.2.109)