STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 030 (Meeting Jesus)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

30. İsayla tanışlıq


Uşaqlar, siz 2000 il bundan əvvəl yaşamağı və o vaxt İsa ilə tanış olmağı, Onu görüb eşitməyi arzu etmisinizmi? Kaş ki, bu mümkün olaydı, demisinizmi?

Rəna, sən İsayla tanış olduğunu deyirsən. Bizə danış, Onunla nə vaxt tanış oldun?

Rəna: “Anam evimizdə uşaqlar üçün ruhani dərsələr keçirirdi. Bir dəfə dərsdə biz öyrəndik ki, yalnız İsa vasitəsilə cənnətə getmək olar, çünki İsa bizim üçün öldü və bütün günahlarımızı bağışlaya bilər. Mən də öz-özümə düşündüm ki, heç vaxt günah işlətməyən Adam başqaları üçün bu qədər ecazkar iş görübsə, demək ki, O bizi həqiqətən çox sevir. Mən də Onu öz ürəyimə dəvət etməyi qərara aldım.”

Onu necə dəvət etdin?

Rəna: “Onu duada dəvət etdim.”

Ondan sonra nə oldu?

Rəna: “Ondan sonra məni kədərləndirən, narahat edən hər şeyi İsaya danışmağı, mənə verdiyi hər gözəl şeyə, hər köməyinə görə Ona təşəkkür etməyi adət etdim. O məni dəyişdirdi və mən yeni insan oldum. Mən bilirəm ki, həmişə güvənə biləcəyim bir Adam var və O əsla ümidlərimi boşa çıxarmaz.”

Sevinc, sən də İsayla tanış olduğunu deyirsən. Bu necə baş verdi?

Sevinc: “Hər şey çox xoşuma gələn bir ilahi ilə başladı (fonda ümumi mülkiyyətdə bir melodiya çalır):

‘Allah sevgidir, mərhəmətlidir

Bağışlayandır, həyat verəndir.

Allahın Özü sevgidir, sevgi,

Allahın sözü, varlığı sevgi.

Məhəbbət olan yerdə Allah var,

Allah olduğu yerdə sevgi var.’

Mən bu ilahini oxuyarkən bu sözlərin mənə də aid olduğunu anladım. O axşam anamla danışdım və dua etdim. Beləcə İsa ilə tanış oldum. Onu öz həyatıma qəbul etdim. O anda sanki çiyinlərimdən ağır bir yük düşdü – mən özümü azad hiss elədim! Hər halda İsadan çəkinmək lazım deyildir – Onunla tanış olmaq çox gözəl hissdir.”

Uşaqlar, İsa istəyir ki, siz Onunla tanış olasınız, çünki O sizi sevir.

İsa “Yanıma gələni heç vaxt kənara atmaram” (Yəhya Müjdəsi 6:37) – dedi.

Sən də Rəna kimi günahlarını Ona etiraf et və Sevinc kimi Onu öz həyatına qəbul et. İsa dualarına cavab verəcək və sən Allahın övladı olacaqsan.


Rollar: Aparıcı, Rəna, Sevinc

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:36 AM | powered by PmWiki (pmwiki-2.3.3)