STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 014 (A slap for the King)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

14. Kralın üzünə vurulan şillə


Qədimdən Vikinqlər İngiltərəni işğal etmişdilər. Güclü dənizçilər olaraq şöhrət qazanmış Vikinqlər hər kəsi vahiməyə salırdı. Onlar evləri və kilsələri yandıran soyğunçu və qatil bir tayfa idi.

İngiltərə kralı Alfred bir müddət onlara qalib gəlməyə bacarsa da, axırda məğlub olmuşdu. Düşmənləri onu təqib edirdi. O, qəsrini tərk etib qaçmağa məcbur olmuşdu.

O özünü sərgərdan adam kimi göstərdi və meşədə gizləndi. Tanınmamış kral! Yalnız bir neçə yaxın dostuna özünün kim olduğunu bildirdi. Onlardan biri Ulfrik adlı bir çoban idi. Ulfrik öz kralına əsla xəyanət etməzdi. O, kralı öz evində qəbul etdi, amma qonağın kim olduğundan öz arvadının belə xəbəri yox idi. Qonağın həmişə dərin fikrə getmiş, lal-dinməz masanın arxasında oturduğuna heyrət edən qadın onun kral olduğunu bilmirdi.

Günlərin birində Ulfrikin arvadı qonağa acıqlandı:

Qadın: “Bəsdir! Bütün günü elə bir yerdə avara-avara oturursan. Mən sobada çörək bişirirəm, sən də baxacaqsan ki, yanmasın. Çünki mən gedib quyudan su gətirməliyəm.”

Kral Alfred dinmədən sobanın yanına keçdi. Bütün fikri-zikri düşmənlərində idi. Qələbə üçün bir yol axtarırdı …

Dərin fikrə getmiş kral birdən ayıldı ki, kimsə onun üzünə bir şillə vurdu. Demə, qadın qayıdanda görübmüş ki, çörək sobada qapqara qaralıb və bütün evi yanıq iyi bürüyüb.

Qadın: “Ay səni, tənbəlin biri, tənbəl! Çıx get buradan!”

O anda qadının əri mətxəbə daxil oldu.

Kişi: “Ay arvad, sən necə cürət edib əlahəzrət kralın özü ilə belə kobud danışırsan?! Yoxsa onu tanımamısan?”

Ondan sonra nəyin baş verdiyini biz heç vaxt bilməyəcəyik.

Ancaq mən bu tanınmamış kralın hekayəsini eşidəndə istər-istəməz Rəbb İsa ağlıma gəldi. Axı İsanın vəziyyəti daha da pis idi. 2000 il əvvəl axurda yatan İsanı demək olar ki, heç kəs tanımırdı. O böyüyəndə də insanlar Allahın Oğlunu istəmədilər. Məhkum və təhqir olunmuş İsa çarmıxda öldü.

Bəs bu gün necə? Bu gün İsa hələ də çox vaxt insanlar arasında tanınmamış Kral olaraq qalır.

Ay uşaqlar, bəs siz yol verərsiniz ki, O, həyatınızda hökmranlıq etsin?


Rollar: Aparıcı, qadın, kişi

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:21 AM | powered by PmWiki (pmwiki-2.3.3)