Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 169 (Halloween – without me 1)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

169. Hellouin – məndən uzaq olsun 1


İv və Houard burunlarını vitrin şüşəsinə yapışdırıb baxırdılar. Şüşənin arxasındakı balqabaqlar onlara hiyləgər təbəssümlə baxırdılar.

İv: "Mən Hellouin haqqında bir şey yazmalıyam. Vay, o kəlləni görürsən?"

Houard: "Axı o gerçək deyil!"

İv diksinmişdi.

Houard: "Sən Hellouin bayramına gedəcəksən?"

İv: "Bilmirəm. Ola bilər. Amma indi mən evə getməliyəm."

Qonşuluqdakı şirniyyat sexi yamanca dadlı “şeytan peçenyesi”nin reklamını yaymışdı. Sahibi Hellouin sayəsində daha çox pul qazanırdı.

(qapı zəngi çalınır)

Ana: "Axır ki, gəlib çıxmısan."

İv: "Çox acmışam (qab-qacaq cingiltisi). Burada pəncərənin yanında balqabaq kəllələri var idi, görmədiniz ki?"

Ata: "Onlar zibil vedrəsindədir."

İv: "Zibil vedrəsində???"

Ana: "Bu günkü qəzetdə bir məqalə çıxdı. Oxu, qızım." (qəzet xışıltısı)

İv Hellouinin mənası haqqında oxuyanda yediyi pitsanın tikəsi az qala boğazında qalmışdı:

31 oktyabr – cadugərlərin və şeytanın bayramı. Qədim keltlərin yeni il bayramı. 2000 ildən böyük tarixi vardır. Keltlər Allahsız yaşayırdı, çoxlu allahlara inanırdılar. Onların inandıqları allahlar arasında Samayn adlı ölüm allahı da var idi. Keltlər Samaynın Hellouin gecəsində ölüləri götürməyə gəldiyinə inanırdılar.

İv: "Onda Hellouin şeytanın bayramıdır!"

Hellouin ingilis dilində 'Bütün Müqəddəslər gününün ərifəsi' deməkdir. Qədimdən sehrbazlar ağ turpu ovaraq içinə şam qoyardılar və bu “çırağ”ı evlərinin qabağında qoyub 'Ya hədiyyə, ya da lənət' – deyə qışqırardılar. Samayna qurban verməyən hər kəsin lənətə gələcəyinə inanardılar.

Ata: "Murdar ruh maskaları ilə şirniyyat tələb etmək adəti bu bütpərəst mərasimi xatırladır. Müqəddəs Kitab deyir ki, Şərdən uzaq ol! Hellouin şər gecəsidir."

Ana: "Mənim bundan heç xəbərim yox idi. Amma bundan belə Hellouin məndən uzaq olsun!"

Ata: "Sən qurban vermə ayinləri haqqında oxumusanmı?"

İv insanların şeytana qurban verildiyini oxuyanda üzünün rəngi qaçdı. Bu qorxunc idi! Şeytan yalançı və qatildir. Və Hellouin onun günüdür.

Ata: "Allah buyurub ki, biz bütpərəst mərasimlərdə iştirak etməməliyik. Buna görə mən də deyirəm ki, Hellouin məndən uzaq olsun!"

Bəs siz nə düşünürsünüz, uşaqlar? İsa Məsihə iman edirsinizmi? İsa ilə yaşayırsınızsa əsl sevinci dadırsınız və “qorxu bayramı” sizə lazım deyil.

İv: "Mən Hellouin bayramına getmirəm. İndi Houarda mesaj yollayım: Hellouin – məndən uzaq olsun!"

Ümid edirəm ki, siz də bu bayramdan uzaq olarsınız, uşaqlar!

Hellouin haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, mənə yazın!


Rollar: Aparıcı, İv, Houard, ana, ata

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 07:20 AM | powered by PmWiki (pmwiki-2.3.3)