STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 120 (The newcomer 4) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
120. Yeni tanışlıq 4Fridli gözlərinə inana bilmirdi. Onun ən gözəl işi sındırılmışdı. Müsabiqədə mükafat almaq ümidi tamamilə yox oldu. Dostu olmayan, hamı tərəfindən rədd olunan Fridli başqalarına sübut etmək istəyirdi ki, o da nəyisə bacarır. Lakin onun yaratdığı əsər məhv ediləndən sonra hər şey puç oldu. Fridli Mayadan şübhələndi, ancaq heç bir sübut yox idi. Bu hadisədən sonra oğlan daha tez-tez İsveçrənin dağlarına çəkilməyə başladı. O çox vaxt bir kötük üstündə oturub taxtadan heykəl düzəldirdi. Adam: "Ay oğlan, əlindən gözəl işlər gəlir. Səndən yaxşı heykəltəraş olacaq." Fridli çaşqınlıqla ətrafa baxdı. Bu, deyəsən, daxmada tək-tənha yaşayan qoca adam idi. Bütün şəhər gizlicə onun haqqında danışırdı. Ancaq onun mehriban baxışı Fridlinin xoşuna gəldi. Adam: "Gəl, mən sənə öz işlərimi göstərim." (qapı cırıltısı) Fridli: "Əla! Əmi, bu heykəlləri sən özünmü qayırmısan?" Adam: "Bir gün sən də bunu bacararsan. Dostun üçün gözəl heykəl düzəldərsən." Fridli: "Dostum yoxdur." Adam: "Onda sən maraqlı uşaqsan. Öz dərdini mənə danışa bilərsən?" Fridli: "Klaus şikəst oldu. Hamı elə bilir ki, mən onu dərəyə itələmişəm. Hamı mənə nifrət edir. Ən çox da Maya. Mən də o qıza nifrət edirəm." Adam: "Hamımız həyatda səhv edirik, mən də çox səhv etmişəm. İçkiyə və qumara görə böyük borcum var idi. Sonra məni bank soymağa cəhd edərkən tutdular. Mən məhv olurdum və nə edəcəyimi bilmirdim." Fridli: "Çox tənha olmusan, əmi?" Adam: "Hələ indi də tənhayam. Amma həbsdən azad olandan sonra İsa ilə yeni həyata başladım." Fridli: "Qohum-əqrəban var?" Adam: "Arvadım artıq dünyasını dəyişib. İki oğlum elə bilirlər ki, mən də ölmüşəm. Onlardan biri biznesmendir, o biri isə məşhur cərrahdır. Bir çox şikəst adamları ayağa qaldırıb, təzədən yeriməkdə kömək edib. İndi bizim şəhərə gəlibmiş, mehmanxanada qalır." Fridlinin ağlına min cür fikirlər gəlirdi. Onun nə plan qurduğunu təsəvvürünüzə gətirə bilirsinizmi? Qoca adam sevgi ilə əlini oğlanın çiyninə qoydu. Adam: "Fridli, sən mənə dərdini açdın. İndi isə hər şeyi Rəbb İsaya danış. O qıza qarşı bəslədiyin nifrəti İsaya etiraf et və hər şeyi düzəltməsini Ondan istə, yaxşı?" Fridli ağlaya-ağlaya Rəbb İsadan onu bağışlamasını istədi. Ürəyi hər cür günahdan təmizləndi. Bu çox asandır. Təkcə Fridli üçün yox, sizin üçün də asandır, uşaqlar. Bəs Maya necə oldu? Bu haqda siz növbəti verilişdə öyrənəcəksiniz. Rollar: Aparıcı, Fridli, adam © Müəlliflik hüququ: CEF Germany |