STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 077 (The tomb is empty) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
77. Qəbri boşdurRəbb İsanın dostları cəsədini çarmıxdan endirib qayanın içindəki yeni bir qəbrə qoydular. Ondan sonra qəbrin girişini yekə bir daşla bağladılar. (fonda ümumi mülkiyyətdə olan bir melodiya çalır) Qız: "İsa çarmıxa getdi, Allahdan cəza çəkdi. Günahlarımız üçün öldü. Mənə və sənə görə öldü." Şagirdləri qəm-qüssə bürümüşdü. Onlar bir evdə oturub İsanı yad edirdilər. İsanın nəyə görə öldüyünü heç cür anlaya bilmirdilər. Peter lap çox mütəəssir olmuşdu. İsanı tanımadığını üç dəfə söyləyərək Onu inkar etdiyinə peşman idi. O qədər qorxaq olmağını özünə bağışlaya bilmirdi. Artıq iş işdən keçmişdi. İsa ölmüşdü. (fonda ümumi mülkiyyətdə olan bir melodiya çalır) Oğlan: "İsa çarmıxda öldü, Pak qanını axıtdı. Tövbə edənləri əfv edir. Məni və səni bağışlayır." Qəfildən qapı açıldı. Məryəm: "O yaşayır! İsa diridir! O, qəbirdə yoxdur!" Başqa Məryəm: "Bir mələk gördük, o bizə bu şad xəbəri söylədi. Xüsusilə sənə, Peter, bu xəbəri söyləməmizi əmr etdi. İsa yaşayır!" Peter: "İsa yaşayır? Doğrudan? Və siz bunu mənə söyləməlisiniz?" Peter o saat qəbrə tərəf qaçdı. Yəhya da ona qoşuldu. Onların ikisi də qəbrə tez çatmağa çalışdı. Çatanda qəbrin içinə baxdılar. İsanın cəsədi orada yox idi. Onlar bunu görüb inandılar ki, İsa ölümdən dirilmişdi və diriydi. Dərhal evə qayıdıb hamıya xəbər verdilər. (fonda ümumi mülkiyyətdə olan bir melodiya çalır) Oğlan və qız: "İsa qəbirdə yatdı, lakin orda qalmadı. Pasxa günündə O dirildi. Haleluya! Mənim üçün və sənin üçün. Haleluya!" İsa ölüb-dirildi. Mənim üçün və sənin üçün. Şagirdlər üçün, Peter üçün, bütün səhv işlərimiz və çox-çox səhv iş görən insanlar üçün – İsa bizim üçün öldü və dirildi! Rollar: Aparıcı, Məryəm, başqa Məryəm, Peter, oğlan, qız © Müəlliflik hüququ: CEF Germany |