STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 031 (Alarm on the farm) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
31. Fermada həyəcanCənubi Amerikada bir fermada Tom adında bir oğlan yaşayırdı. Günlərin birində ona ad günündə həqiqi cücə hədiyyə etdilər. Tom öz cücəsinin qayğısına qalırdı. Cücə böyüyüb toyuq oldu, sarı tükü ağ lələklərlə əvəz olundu. Buna görə Tom toyuğunu Ağappaq xanım adlandırdı. Damda ona bir yuva qurdu və Ağappaq xanım həmişə yumurta qoyanda uca səslə qırtlayaraq bunu bildirirdi. (qırt-qırt) Tarlada taxıl boy atanda Ağappaq xanım artıq yumurta qoymadı. Tom: “Ana, Ağappaq xanıma nə olub? Artıq yumurta qoymur və tez-tez tarlaya, taxılın içinə gedir.” Ana: “Bir az səbirli ol, görərsən, Tom.” Anası gülümsədi. Üstündən bir neçə həftə keçəndən sonra Tom bunun səbəbini bildi. Tom: “Ana, ay ana, bura bax!” Ağappaq xanım bir sürü cücə ilə tarladan gəlirdi. Tom çox sevindi. (sirena səsi) Bir gün yanğın həyəcanı verildi. Taxıl sahəsi alışmışdı. Yanğın az qala fermaya çatacaqdı. Tom: “Bəs Ağappaq xanım hararadır? Yoxsa …” Tom belə qorxunc hadisəyə inanmaq istəmirdi. O, yanmış tarlanı başdan-başa dolaşıb axtarırdı. Axır ki, ayaqları altında kömürə dönmüş toyuğu gördü. Onu qaldırdı və altında bütün cücələri sağ-salamat tapdı. Cücələr qorxmuş, bir-birinə qısılmışdılar. Tom: “Bu necə ola bilər?” Ana: “Heyvanlar təhlükəni hiss edirlər. Od yaxınlaşanda cücələr analarına sığınıblar. Toyuq uçub özünü xilas edə bilərdi, amma cücələr uça bilməzdilər. Balaca cücələrini çox sevən Ağappaq xanım onları qanadları ilə örtüb xilas edib. Özü isə odda yanıb kömürə dönüb. Toyuq balalarının həyatını xilas etmək üçün özünü fəda edib.” Ata: “Bu mənə İsanın məhəbbətini xatırladır. Qulaq as, Tom, İsanın bizi xilas etmək üçün sevərək canını fəda etdiyini həmişə yadda saxla.” Rollar: Aparıcı, Tom, ana, ata © Müəlliflik hüququ: CEF Germany |