Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 026 (A friend betrays Jesus)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

26. İsaya bir dostu xəyanət edir


Sizcə, o, dost idi, yoxsa düşmən? Nə düşünürsünüz, uşaqlar?

Bu adam Yerusəlim şəhərinin dar küçələrindən keçib, tez-tez narahat halda dönüb baxaraq harasa tələsirdi. Axırda o, başçı kahinin evinə çatdı. Burada, bağlı qapı arxasında məkrli planlar qurulurdu. Burada İsanın həyatına qəsd etmək üçün adamlar yığılmışdılar. Qapı açıldı. İsanın bir şagirdinin gəlməsi hamıya sürpriz oldu.

Dost düşmənin yanına gəlib. Onun burada nə işi var?

Yəhuda: “İsanı asanlıqla tuta biləcəyiniz yeri sizə bildirsəm, mənə nə verərsiniz?”

Başçı kahinin evində yığılmış adamların üzlərinə təbəssüm qondu.

Başçı kahin: “30 dənə gümüş pul verərik.”

Sövdələşdilər. Yəhuda özündən razı halda oradan ayrıldı.

Vicdan: “Yəhuda, axı sən İsanın şagirdisən. Bəs necə Onu pula satırsan?”

Yəhuda, yəqin ki, çox vicdan əzabı çəkib. Üç il ərzində o, İsanın dostu idi, heç olmasa dostu kimi görünürdü. Amma ürəyi İsadan uzaq idi. Ürəyində İsanı satmaq üçün fürsət gözləyirdi. Hər halda İsa hər şeyi bilir və hər insanı yaxşı tanıyır. Bu belə olmalı idi.

İsa öləcəyini bilirdi və Getsemani bağında bunun üçün dua edirdi.

Qəflətən səs-küy eşidildi. Yəhuda ilə əsgərlər məşəllər və qılınclarla bağa gəldilər.

O, dost idi, yoxsa düşmən?

Bir dəfə İsa “Mənimlə olmayan Mənə qarşıdır” dedi.

Yəhuda dostluq nişanəsi olan öpüşlə Rəbbini ələ verdi.

Əsgərlər ildırım kimi İsanın üstünə cumub Onu tutdular.

Onunla çox kobud rəftar etdilər. Onu döydülər, qamçıladılar, üzünə tüpürdülər. Ondan sonra günahsız Adamı hakimin yanına apardılar.

Yalançı şahidlər Onu ittiham etdilər. Bir məbəd xidmətçisi qışqırdı:

Məbəd xidmətçisi: “Özünü müdafiə etmək üçün bir söz deməyəcəksənmi?”

İsa dinmədi.

Başçı kahin: “Bizə söylə görək, Allahın Oğlu Sənsənmi?”

İsa: “Mənəm.”

Xalq: “Əsla!”

Xalq: “İnanmırıq!”

Xalq: “O ölməlidir!”

Xalq: “Onu aparın!”

Xalq: “O ölməlidir!”

Xalq İsaya inanmaq istəmədi. Bəs sonra nə baş verdi?

Hekayəmiz növbəti verilişdə davam edəcək.


Rollar: Aparıcı (və vicdan), Yəhuda, başçı kahin, məbəd xidmətçisi, İsa, xalq

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:31 AM | powered by PmWiki (pmwiki-2.3.3)