Home -- Azeri -- Perform a PLAY -- 092 (A man-eating tiger 4)
92. Adamyeyən pələng 4
Sahib Qrabb: "Rinqu, nə olub? Sən çox həyəcanlısan."
Rinqu: "Ay Sahib, biz pələng ovuna gedirik. Adamyeyən pələng kəndimizdə dolaşır."
Sahib Qrabb: "Sən də gedirsən?"
Rinqu: "Bəli! Deyirəm ki, pələng yaxud pis ruhlar üstümə gəlsə, necə olacaq?"
Sahib Qrabb: "Səni qoruya biləcək bir Şəxs vardır. O güclüdür, hər şeyə qadirdir. O bütün ruhlardan qat-qat güclüdür. O, İsaqdır! İncildə yazılıb ki, İsa bizi pis ruhların qüdrətindən xilas etməyə gəlib."
Rinqu: "Doğrudanmı, İsa onlardan güclüdür?"
Sahib Qrabb: "Hə, onlardan qat-qat güclüdür."
Rinqu: "Mən də sənin kimi İsaya iman etmək istəyirəm."
Rinqu dərk etdi ki, ona İsa lazımdır. O dua edib İsanı həyatına dəvət etdi. Gözlə görünməz Allahla söhbət etdi və İsanın onu eşitdiyinə tamamilə əmin oldu.
Sahib Qrabb: "Rinqu, sən həmişə İsa ilə danışa bilərsən, pələng ovunda belə, Ondan kömək diləyə bilərsən, O sənə kömək edəcək."
Üstündən bir neçə saat keçdi. Ova getmək vaxtı gəlib çatdı. Kişilər silahlarını, Rinqu da cib fənərini götürdü. Gölün qırağındakı yekə ağacın üstünə səssizcə dırmaşdılar. Gərgin halda hər yerə diqqətlə baxdılar. Rinqu sakitcə dua etdi.
Rinqu: "Ya Rəbb İsa, bizə kömək et, biz o pələngi öldürək ki, o artıq kənddəki adamları öldürə bilməsin. Görürsünüz? Orada nəsə tərpənir."
Rinqu atasının qolundan yapışdı. Nəfəsi tutuldu. Ac pələng öküz leşinə yaxınlaşıb üstünə cumdu. Birdən vəhşi heyvan başını qaldırıb yuxarıya baxdı və o anda hər şey ildırım sürəti ilə baş verdi (tüfəngin atəş səsi).
Ata: "Dəhşət! Vura bilmədim onu!"
Kişi: "Ehtiyatlı olun! O buraya gəlir! Bizim üstümüzə tullanacaq!"
Ata: "Rinqu, fənərlə gözlərini qamaşdır!"
Rinqu: "Kömək edin! Fənərin işığı zəifdir. Ay İsa, mən nə edim?"
Rinqu var gücü ilə fənəri yerə atdı. Pələng işığın üstünə cumdu. Tüfənglə atəş açıldı.
Pələng bir daha yuxarı tullandı və yaralı halda yerə sərildi. Ağrıdan qıvrılmağa başladı. Rinqunun atası tüfəngi doldurdu, tətiyi çəkdi (tüfəngin atəş səsi) və qorxunc vəhşi heyvan öldü.
Hamı rahat nəfəs aldı və Rinqu sakitcə dua etdi.
Rinqu: "Ey Allahım, Sənə çox minnətdaram. Sən bizə kömək etmisən!"
Allah insanı tərk etməz. Bəs siz, uşaqlar, Allahla yaşayırsınızmı?
Mənə yaza bilərsiniz ki, Allah sizin duanıza necə cavab verdi.
Rollar: Aparıcı, Rinqu, Sahib Qrabb, ata, kişi
© Müəlliflik hüququ: CEF Germany