STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 079 (Invaluable)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

79. Qiymətə gəlməz


(su şappıltısı) Hindli dalğıc məharətlə okean suyuna atıldı. Yaxın dostu Devid Mors onu qayıqda gözləyirdi. Nəhayət, hindli dalğıcın qara başı sudan çıxdı. Cib bıçağı ilə istridyəni açdı.

Devid Mors: "Rambhau, sən əla dalğıcsan. Bu inci qiymətə gəlməz!"

Rambhau: "Hə, pis deyildir."

Devid Mors: "Bundan yaxşısı tapılarmı?"

Rambhau: "Evimdə ondan çox-çox qiymətlisi var."

Devid Mors: "Məncə, bu inci kamildir. Sən bunlara yaman tənqidi yanaşırsan."

Rambhau: "Sən də Allahdan söhbət düşəndə həmişə belə danışırsan. İnsanlar elə bilirlər ki, vəziyyətləri yaxşıdır, amma sən deyirsən ki, Allah onların daxildən necə olduqlarını görür."

Devid Mors: "Bəli, elədir. Lakin Allah hər kəsə pak ürək vermək istəyir. Bu, Allahın ənamıdır. Başa düşürsən?"

Bu arada iki dost sahilə çatdı.

Rambhau: "Devid, sənin inancın həddən artıq sadə görünür. Mən Allahdan bu ənamı elə-belə qəbul edə bilmərəm. Mənim də bir qürurum var. Mən buna layiq olmaq üçün nəsə etməliyəm. Görürsən, orada bir ibadətçi var? O, iti daşların üstü ilə Kalkuttaya qədər yalınayaq yeriyəcək. Mən də Dehliyə qədər dizlərim üzərində yeriyəcəyəm."

Devid Mors: "Sən nə deyirsən, Rambhau! Bu, 1000 kilometrlik yoldur! Sən oraya çatmamış qan zəhərlənməsindən öləcəksən!"

Lakin Devid Mors dostuna nə qədər danışdısa, heç bir xeyri olmadı. Üstündən bir neçə gün keçdi.

(qapı döyülür)

Devid Mors: "Rambhau, sənsən? Buyur, gir içəri."

Rambhau: "Devid, sabah ibadətimə başlayıram. Yola çıxmamışdan əvvəl sənə oğlum haqqında danışmaq istəyirəm."

Devid Mors: "Sənin oğlunmu var?"

Rambhau: "Var idi...Hind okeanında ən yaxşı dalğıc idi. Bir arzusu var idi – dünyada ən gözəl inci tapmağı arzu edirdi. Və tapdı. Ancaq su altında çox qaldığına görə halı pisləşdi və... çox yaşaya bilmədi (hönkürtü ilə ağlayır). Sən ən yaxın dostumsan, Devid, ona görə də mən oğlumun tapdığı o incini sənə vermək istəyirəm."

Devid Mors: "Ay Rambhau, bu necə də əla incidir! Ancaq mən onu səndən elə-belə qəbul edə bilmərəm. Onun üçün sənə 10 min rupi verəcəyəm."

Rambhau: "Qulaq as, bu inci satın alınmaz!"

Devid Mors: "Qiyməti daha çoxdursa, işləyib qazanacağam, pulu verəcəyəm."

Rambhau: "Devid, bu inci qiymətə gəlməz! Oğlum onu öz canı bahasına əldə etmişdir!"

Devid Mors: "Rambhau, mən də sənə həmişə başa salmağa çalışmışam ki, Allahın xilas ənamını nə xeyirli işlərimizlə, nə ibadətimizlə qazana bilərik. Bu, Allahın ənamıdır, çünki Allahın Oğlu İsa bunu Öz canı bahasına əldə etmişdir. Sən bu gün Allahdan bu ənamı qəbul etmək istəyirsən?"

Rambhau: "İndi başa düşdüm. Allah xilası Oğlunun canı bahasına əldə edib. Mən də bu gün Onun xilas ənamını qəbul etmək istəyirəm."

Uşaqlar, Allah sizə də Öz xilas ənamını vermək istəyir.


Rollar: Aparıcı, Devid Mors, Rambhau

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:12 AM | powered by PmWiki (pmwiki-2.3.3)