Home -- Azeri -- Perform a PLAY -- 018 (Breakfast per airmail 3)
18. Aviapoçtla gələn yemək 3
İlyas yeyin addımlarla padşah sarayından çölə çıxdı. Bir şey aydın idi: artıq vaxt itirmək olmaz, İlyası öldürməyə qadir olan allahsız padşahdan uzaqlaşmaq lazımdır. İlyas peyğəmbərin Allahın sədaqətinə, onu əsla tərk etməyəcəyinə əmin olduğundan qorxusu yox idi. Allah peyğəmbərinə açıq şəkildə danışmışdı.
Allah: “İlyas, buradan get. Şərqə tərəf yollan və Kerit vadisində gizlən. Orada vadidən su içəcəksən və Mən sənə yemək verəcəyəm.”
Uşaqlar, siz bilirsiniz, Allah-Taala ona necə yemək verdi?
Allah qarğalara əmr etdi ki, İlyas peyğəmbərə çörək və ət gətirsinlər. Belə möcüzə həqiqətən baş verdi: Allah İlyasın səhər yeməyini və şam yeməyini “aviapoçt” la göndərirdi.
Allah sadiqdir. O, qulunu ehtiyacı olan hər şeylə: sığınacaq yeri, yemək və su ilə təmin etdi.
O dövrdə çox insanın yaşayışı çətin idi. Yağış yağmırdı, məhsul yox idi, yemək tapılmırdı. Kerit vadisi belə, bir müddət sonra qurudu. Onda Allah-Taala İlyasa başqa bir çıxış yolu göstərdi. Onu sərhədin o tayında yerləşən Sarfata göndərdi.
Şəhərin darvazasına çatanda İlyas bir dul qadından xahiş etdi:
İlyas: “Mənə bir qabda azca su və bir tikə çörək gətir.”
Təəssüf ki, qadın ona baxıb yorğun səslə:
Qadın: “Ərzaq ehtiyatım tükənib. Ancaq küpdə bir ovuc un və qabda bir neçə damcı yağ qalıb. Olan budur. İndi özümlə oğlum üçün bunlardan yemək hazırlayacağam. Bir dəfə yeməyə bəs olar, sonra isə ... sonra öləcəyik.”
İlyas: “Qorxmayın! Məni sizə Allah göndərdi. O dedi ki, bu quraqlıq olduğu müddətdə nə küpdə un tükənəcək, nə də qabda yağ qurtaracaq.”
Allah sadiqdir! Onun vəd etdiyi hər şey həmişə həyata keçir.
Həqiqətən, küpdə un tükənmirdi, qabda yağ qurtarmırdı, qadın da hər gün unla yağdan yemək hazırlayırdı. İlyas peyğəmbər, dul qadın və oğlu acından ölmədilər. Bu necə də gözəl möcüzə idi!
Allah sadiqdir! Ona həmişə ümid bağlamaq olar!
Rollar: Aparıcı, Allah, İlyas, qadın
© Müəlliflik hüququ: CEF Germany