Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 163 (Secret in the Wilden woods 1)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

163. Uilden meşəsinin sirri 1


Rut Marqarit xaladan küsmüşdü. Marqarit xala onu pis davranışına görə şam yeməyindən məhrum etmişdi. Rut ac yatacaqdı.

Qardaşı Filip sakitcə onun otağına girdi.

Filip: "Rut, bunu gizlicə cibimə qoyub sənə gətirdim."

Rut çox ac idi. Buterbroddan bir tikə dişlədi.

Rut (çiynəyə-çiynəyə): "Filip, mən özümü yaxşı aparmaq istəyirəm, amma bacarmıram. Niyə?"

Filip: "Bilmirəm. Sən çalış, küsməyəsən, onda kinli sözlər deməzsən. Marqarit xala xeyirxah qadındır. Valideynlərimiz Hindistana xidmətə gedəndə bizi öz evində qəbul edib."

Rut köks ötürdü və buterbrodun yarısını ağzına qoydu.

Qəflətən Marqarit xalanın ayaq səsləri eşidildi.

Filip cəld otağına qaçdı və soyunmadan yatağa girdi.

Marqarit xala: "Gecən xeyrə qalsın, Filip. Gecən xeyrə qalsın, Rut."

Filip: "Xeyrə qarşı, Marqarit xala."

Rut özünü elə göstərdi ki, guya yatır.

Sabah Filip tətil üçün plan qurmağa başladı.

Filip: "Biz Uilden meşəsini araşdıracağıq. Bəlkə bu gün kiçik çayın kənarındakı quş cücə çıxardı. Biz daxma quracağıq və orada əsl təbiət araşdırma mərkəzi yaradacağıq."

Rut bu plana həvəsləndi.

Qardaşla bacı dar bir cığırla meşəyə qaçdılar.

Rut mister Tennerin qoyun sürüsünə baxmaq üçün ayaq saxladı. Balaca bir quzu ona yaxınlaşıb əlini yaladı. Onun ata-anası yox idi və o arada sürüdən qaçardı.

Filip: "Gəl, Rut, vaxtımız yoxdur."

Onlar daxma üçün ən yaxşı yeri seçdilər. Rut budaqlar yığırdı, Filip də onlardan daxma düzəldirdi. Ondan sonra qardaş-bacı hər gün bu gizli yerlərinə gəldilər.

Bir dəfə Rut evdə qalıb, yuylmuş paltarları asmağa məcbur oldu. Bu onun heç də xoşuna gəlməyən bir iş idi. O çox əsəbiləşmiş halda olduğundan təmiz paltarı palçığa saldı.

Marqarit xala: "Bir az ehtiyatlı ola bilməzsənmi? Bu hərəkətinə görə üzr istə."

Rut: "Səndən üzr istəməyəcəyəm! Sən mənim yaxşılığımı istəmirsən, xala."

Marqarit xala: "Rut, mən bu haqda çoxdan düşünürəm. Səni uşaq evinə göndərəcəyəm."

Rut: "Onda mən səndən qaçacağam" (qapı çırpılır).

Rut kin və qəzəblə dolu idi. Uzaq bir yerə qaçırdı. Haraya qaçdığından, harada olduğundan heç özünün belə, xəbəri yox idi.

Ancaq Marqarit xalanın sözləri onu rahat qoymurdu.

(gettikcə sönən əks-səda): Səni uşaq evinə göndərəcəyəm. Onda mən səndən qaçacağam. Səni uşaq evinə göndərəcəyəm. Onda mən səndən qaçacağam.

Növbəti verilişdə sizə bu qızın başına gələn əhvalatları danışacağam.


Rollar: Aparıcı, Filip, Rut, Marqarit xala

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 07:12 AM | powered by PmWiki (pmwiki-2.3.3)