STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 170 (Halloween – without me 2)

This page in: -- Arabic? -- Aymara -- AZERI -- Bengali? -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi? -- French -- German -- Guarani -- Hebrew? -- Hindi -- Indonesian -- Italian -- Korean? -- Kyrgyz -- Malayalam? -- Portuguese -- Quechua? -- Romanian? -- Russian -- Serbian? -- Spanish -- Tamil -- Turkish -- Urdu? -- Uzbek

Previous Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

170. Hellouin – məndən uzaq olsun 2


Ceyn: "Mən elə bilmişdim ki, Hellouin gözəl bayramdır və bütün bu qorxular elə-belə əyləncə və zarafat üçündür. Amma bununla şeytana səcdə etdiyimizi biləndə bu bayramdan bir dəfəlik əl çəkdim."

Ceyn tək deyildir, başqa uşaqlar da artıq Hellouin bayramını qeyd etmirlər.

Karl: "Mən bu bayramda yeyilən yeməklərdən uzaq qaçıram: Frankenşteyn pitsası, hörümçək qanı şorbası, tfu, necə də iyrənc şeylərdir bunlar. Ürəyim bulanır!"

Qız: "Biz ingilis dili dərsində Hellouindən danışdıq. Atam müəlliməyə dedi ki, bu bayram həqiqi cadugərlikdən yaranmışdır. Yəni, bu bayramda gözə görünməyən qüvvələr var. Onda mənə icazə verdilər və mən o dərsdə qalmadım."

Bəs Ralf nə üçün Hellouini qeyd etmək istəmir?

Ralf: "Mən Allaha inanıram və Onun dediyinə əməl etmək istəyirəm."

Müqəddəs Kitabdan, Tövratdan – Qanunun Təkrarı 18-ci fəsil, 9-cu ayəni oxuyun:

Ralf: "... o millətlərin iyrənc adətlərini götürüb təqlid etməyin!"

Allah məhəbbətdir! O bizi sevdiyinə görə xəbərdarlıq edir. Onun əmrləri yaxşıdır. Kim Ona qulaq asarsa, şeytanın tələsinə düşməz.

Betti: "Mən bilməmişdim ki, Hellouinin arxasında şeytanın özü durur. Lakin bir kitabçada bu haqda oxuyanda şok oldum. Ondan sonra hər kəsə xəbərdarlıq edirəm və hətta məktəbdə o kitabçanı ucadan oxudum. Müəllimə mənə icazə vermişdi. Yəqin ki, bundan xəbərsiz olanlar hələ çoxdur. Amma mən bundan sonra deyirəm ki, Hellouin – məndən uzaq olsun! Ümid edirəm ki, get-gedə daha çox insan mənim kimi deyəcək. Hellouinin şeytanın bayramı olduğunu daha öncə bilsəydim, heç vaxt onda iştirak etməzdim."

Bəlkə sizin də bundan xəbəriniz olmayıb və siz də bu bayramda iştirak etmisiniz, uşaqlar. Buna peşmansınızmı? Qorxmayın, İsa qalib gəlmişdir! Siz Ona dua edin, O sizi eşidəcək. Siz İsaya, misal üçün, belə dua edə bilərsiniz:

Oğlan: "Ya Rəbb İsa, məni sevdiyinə görə Sənə şükür edirəm. Xahiş edirəm, Hellouində iştirak etdiyimə görə məni bağışla. Bundan sonra bu bayramda iştirak etməyəcəyəm. Mən artıq Sənin üçün yaşamaq, Sənin Kəlamını – Müqəddəs Kitabı oxumaq istəyirəm. Sənə iman edirəm! Sənə minnətdaram ki, Sən günahlarım üçün öldün. Amin."

İsa belə dualara dərhal cavab verir. O səni sevdiyi üçün bağışlayır. Və əgər sən İsanı ürəyinə dəvət etsən, O həmişə səninlə olacaq və səni hifz edəcək.

Betti kimi et: başqalarına Hellouin haqqında həqiqəti danış. Bəlkə onlar da İsaya iman edib deyəcəklər ki: Hellouin – məndən uzaq olsun!


Rollar: Aparıcı, Ceyn, Karl, qız, Ralf, Betti, oğlan

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 07:21 AM | powered by PmWiki (pmwiki-2.2.109)