Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 136 (First aid 4)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

136. İlk yardım 4


(yol hərəkətinin səs-küyü)

Qız: "First aid 4Həyat məktəbi, 3-cü dərs. İlk yardım."

Həkimlər və tibb bacıları olmayan bir xəstəxana görmüsünüzmü?

Belə yer, xəstəxanadan daha çox hovuza oxşasa da, həqiqətən var idi. Hovuz iki hissədən ibarət idi, hər yandan sütunlu örtülü eyvanla əhatə olunmuşdu və hissələri arasında bir dəhliz var idi.

Orada çox xəstə adam uzanmışdı, lakin onları həkimlər müalicə etmirdi. Orada təcili yardım xidməti də yox idi.

Xəstələr dayanmadan suya baxırdılar. Deyilənə görə, bir mələk hərdənbir suya toxunurdu və ən birinci suya tullanan adam şəfa tapırdı. Şəfa tapmaq istəyənlərin arasında topal bir kişi də var idi. O da sudan kömək umurdu.

Kişi: "First aid 4Gözlərimi sudan çəkə bilmirəm. Ay aman, su çalxalanıb! Gərək hamıdan tez suya tullanam (ah çəkir). Yenə gecikmişəm. Mən heç vaxt suya hamıdan birinci tullana bilmirəm."

Xəstə kişi məyus halda döşəyində uzandı. O, 38 ildir ki, Bet-Xasda hovuzundan "kömək" umurdu.

Lakin bir gün ona Kimsə yaxınlaşıb.

İsa: "Sən sağalmaq istəyirsənmi?"

Kişi: "Bəli, amma məni suya salan bir adam yoxdur. Həmişə bir başqası məndən əvvəl suya enir."

İsa: "Qalx, döşəyini götür və yeri!"

Kişi həmin anda ayağa qalxdı və sağaldı. O, iynəsiz, sarğısız tibbi yardım almışdı. Üstündən 38 il keçəndən sonra o, tamamilə sağlam idi! Maraqlıdır, başqaları da onun sağalmağına sevindilərmi?

Farisey: "Sən bilirsən, nə etmisən? Axı bu gün şənbə günüdür! Şənbə günü heç bir iş görmək olmaz, yalnız istirahət etmək lazımdır."

Kişi: "Məni sağaldan Şəxs mənə "döşəyini götür və yeri" dedi."

Farisey: "Kimdir o Adam?"

Kişi: "Bilmirəm. Onu bir daha görmədim."

Bəs siz bu Adamın Kim olduğunu bilirsinizmi, uşaqlar? Düzdür. O, Rəbb İsa idi. İsa hamıdan yaxşı yardım göstərir. Özü də təkcə bədənlərimizə deyil, ruhlarımıza da şəfa verir. İsa sevinclə bizə kömək edir və xilas verir.

Bir müddət sonra İsa sağaltdığı adamla yenə görüşdü və ona yaxşı məsləhət verdi.

İsa: "Bax sən sağaldın, bir də haqsızlıq və günah etmə ki, başına daha pis iş gəlməsin."

Mən İsanın dediyini yaxşı anlayıram. Bəs siz anlayırsınızmı?


Rollar: Aparıcı, kişi, İsa, farisey, qız

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 22, 2022, at 03:43 PM | powered by PmWiki (pmwiki-2.3.3)