Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 039 (Stoning and crowning)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

39. Daşqalaq və tac qoyma


5-ci sinif yaxşı məşq etmişdi və idman yarışını səbirsizliklə gözləyirdi. Hər kəs əlindən gələni edirdi. Axırda final oldu və qaliblərə mükafat veriləndə sevinclərinin həddi-hüdudu yox idi.

Samir finişə birinci çatdı. Təsəvvür edin, əgər o yaxşı başlasaydı, sürətlə qaçsaydı, başqalarını keçsəydi və finişə yaxın birdən kənara çəkilib təslim olsaydı, necə qəribə olardı. Ağlagəlməz iş! Yaxşı başlayan adam yarışın axırınadək yaxşı qaçmalı və təslim olmamalıdır.

İsaya iman edənlərin həyatı da bir yarışa bənzəyir. İmanlı yarışa İsa ilə başlayır, amma sonu necə qaçmasından, nə qədər səy göstərməsindən asılıdır. İsa bizə kömək edir. Mən görürəm ki, İsa Stefana da kömək etmişdir. Stefanı imandan döndərmək istəyənlər çox idi. İncildə yazılıb ki, bu adamlar Stefana yaxınlaşıb mübahisə etmək istəyiblər, lakin Stefan onlarla mübahisə etməyib. Hamı buna qəzəblənib. Allaha inanan və kasıblara kömək edən Stefana şər atdılar, onu yalandan ittiham etdilər. Stefan məhkəməyə gəlməyə məcbur oldu.

İttihamçı: “Stefan Allahı təhqir etdi, qanuna zidd olan şeylər danışdı.”

Hakim: “Bu ittiham doğrudurmu?”

Hamı Stefana baxdı. Onun üzü mələyin üzü kimi nur saçırdı. O özünü müdafiə etmək əvəzinə İsadan danışmağa başladı.

Stefan: “Allahın Oğlu dünyaya gəldi. Sizsə Onu çarmıxa çəkdirdiniz. Lakin Allah Onu ölümdən diriltdi.”

Stefan məhkəmədə belə, Rəbb İsaya sadiq idi. Sonra o, göyə baxıb dedi:

Stefan: “Baxın, mən göylərin yarıldığını və İsanın Allahın sağında dayandığını görürəm.”

Bu sözləri eşidən kimi qəzəblənmiş izdiham Stefanın üstünə hücum çəkdi. Onu döydülər, şəhərdən çıxartdılar və daşladılar. Stefan hər şeyə dözdü, İsaya sadiq qaldı. Onu daşa basmaqla öldürdülər. O ölmədən öncə dua etdi.

Stefan: “Ya Rəbb İsa, mən Sənin yanına cənnətə gedirəm. Onların günahlarını bağışla!”

Stefanın yolu çətin idi. Lakin O sadiq qaldı və İsa ona izzət tacı verdi. İsaya güvənməyə və sadiq qalmağa həmişə dəyər, axı nifrət, qəzəb və həqarət hər şeyin sonu deyildir. Ən yaxşı şeylər qabaqdadır!


Rollar: Aparıcı, ittihamçı, hakim, Stefan

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:51 AM | powered by PmWiki (pmwiki-2.3.3)