Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 013 (Gifts for Jesus)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

13. İsa üçün hədiyyələr


Foma babasının taxtadan Milad heykəlcikləri düzəltdiyinə tamaşa edirdi. Çobanlar, Yusiflə Məryəm və Körpə İsa heykəlcikləri sanki canlı idi. Oğlan getdikcə yorğunluq hiss edib yuxuya getdi.

Yuxuda Bet-Lexemdəki tövləni gördü. “Oho” – Foma düşündü – “Mən axura yaxınlaşa bilərəm!”

Axura yaxınlaşdı və birdən dərin bir kədər hiss etdi. İsa Fomaya üz tutub danışdı.

İsa: “Sən niyə kədərlənirsən?”

Foma: “Çünki Sənə heç bir hədiyyə verə bilmirəm.”

İsa: “Kədərlənmə. Səndən yalnız üç istəyim var.”

Foma: “Nəyim varsa, sənə verəcəyəm. Oyuncaq qatarımı, kompyuter oyunlarımı və …”

İsa: “Yox, səndən istədiyim bunlar deyil; Mən bunlar üçün cənnətdən dünyaya gəlmədim.”

Foma: “Bəs nədir istədiyin?”

İsa: “Ən axırıncı riyaziyyat imtihanını Mənə ver.”

Foma: “Amma mən ondan pis qiymət almışam.”

İsa: “Elə buna görə onu səndən istəyirəm. Həyatında pis nə varsa, Mənə gətir, ver. Yaxşı?”

Foma: “Yaxşı.”

İsa: “İkinci istəyim, sənin fincanındır.”

Foma: “Onu verə bilmərəm, çünki sındırmışam.”

İsa: “Elə buna görə onu səndən istəyirəm. Həyatında sınmış nə varsa, həmişə Mənə gətir, ver. Yaxşı?”

Foma: “Yaxşı.”

İsa: “Üçüncü istəyim də belədir, Foma. Anan səndən fincanın sınması haqqında soruşanda ona verdiyin cavabı da Mənə ver.”

Foma ağlamağa başladı. Ürəyi dağlandı.

Foma: “Mən … Mən ona yalan danışmışam.”

İsa: “Foma, sən bütün yalanlarını, itaətsizliyini, həyatında olan bütün pisliyi həmişə Mənə gətirə bilərsən. Mən səni bağışlayıram və Mən sənə doğru yaşamaqda kömək edəcəyəm. Mən daim səninlə olacağam və sənə həyat yolunu göstərəcəyəm. Sən bunu istəyirsənmi?”

Sözsüz, Foma bunu istəyirdi! O gündən etibarən Foma İsaya iman etdi və səsinə qulaq asdı.


Rollar: Aparıcı, Foma, İsa

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 13, 2017, at 01:06 PM | powered by PmWiki (pmwiki-2.3.3)