STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 002 (The storm rages) This page in: -- Albanian -- Arabic -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
2. Tufan coşurDəhşətli tufan birdən qopdu (səs-küy: tufan, göy gurultusu, yağış). Dalğalar qayığa zərbələr endirir, qayığı az qala aşırırdı. Tufan çox güclü idi. İsanın şagirdləri var gücləri ilə avar çəkirdilər. Qalileya gölündə qopan belə tufanların son dərəcə təhlükəli olduğunu bilən bu adamlar bərk qorxdular. Qorxunc tufan davam edir, dəniz dalğalanırdı. Onlar xilas olacaqlarına ümid edə bilirdilərmi? Qayıqdakı adamların içində bir neçə balıqçı var idi. Həmin balıqçılar ondan əvvəl neçə dəfə tufana düşmüşdülər, amma bu qədər pis tufan görməmişdilər. Şagirdlər: “Kömək edin! Batırıq!” Onlar dalğalarla çarpışarkən İsa qayığın arxasında uzanmış, rahat yatırdı! Dalğaların qayığı az qala aşıracağını görən şagirdlər İsanı oyatdılar: Şagirdlər: “Biz batırıq, ey İsa! Məgər Sənin vecinə deyil? Bizə kömək et! Batırıq!” Bəs sənin həyat qayığına qorxu, qayğı dalğaları zərbələr endirəndə sən kimi köməyə çağırırsan? İsa Rəbdir, kainatın Sahibidir. O, ayağa qalxıb küləyə əmr etdi. İsa: “Dayan! Sakitləş!” Külək dərhal dayandı və sükut çökdü. Elə bil ki, heç tufan olmamışdı. Şagirdlər bu möcüzəyə heyrət etdilər. Şagirdlər: “Bu İsa Kimdir? Külək və dağlalar Ona itaət edir!” İsa Rəbdir: təbiət qüvvələri, xəstəliklər və pis ruhlar üzərində hökmrandır. İsa hətta ölüm üzərində belə, hökmrandır. Onun kimisi yoxdur və Onun etdiyi işləri heç kəs edə bilməz. Şagirdlər, özlərinin qayıq və İsa ilə birgə batacaqlarından qorxmuşdular. İsa: “Sizin imanınız haradadır? Niyə qorxdunuz?” İsanın onlara verdiyi bu sualı onlar özlərinə verməli idilər. İsa sənin həyatındakı dalğalar üzərində də hökmranlıq edən Rəbdir. Sən də həyatındakı dalğalardan: ehtiyaclarından, qayğılarından, məktəb problemlərindən, xəstəliyindən İsa ilə danış! İsa Rəbdir, buna görə qorxma, ancaq Ona iman et! Rollar: Aparıcı, şagirdlər, İsa © Müəlliflik hüququ: CEF Germany |