STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 135 (The schedule 3)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

135. Cərimə 3


(yol hərəkətindən gələn səs-küy)

Oğlan: „Həyat məktəbi, 2-ci dərs: Cərimə."

(zəfəri elan edən şeypur çalır)

Qələbə qeyd edildi. Şəhərin divarları silah gücü ilə deyil, Allahın qüvvəsiylə yıxıldı. İsraillilər şeypur çalanda Allah onlara qələbə verdi.

Allah israillilərin tərəfində olduğundan, onlar bütün ölkəni fəth etməyə qadir idilər. Hamı bayram edərkən, bir adam gizlicə çadırına girdi. Yol hərəkəti qaydalarını pozanlar kimi o, Allahın "Oğurluq etmək qadağandır" nişanını bilərəkdən pozmuşdu.

Allah dedi: "Qorxmayın. Bu şəhər sizindir. Ancaq Mənim əmrimə əməl edin: Heç kəs özünə qənimətdən heç bir şey götürməməlidir."

Allah əmr edəndə həmişə ciddi olur. Ancaq Akan Ona ciddi yanaşmamışdı.

Akan: "Yerixonun xarabaları altında nə görürəm! Necə də gözəl Babil paltarı! Qızıllar, gümüşlər! Bunları qoyub getmək olarmı? Onsuz da məni heç kim görmür. Bir az götürsəm, nə olacaq ki?"

Akanın bu işini heç bir kamera çəkməsə də, Allahın „kamerası“ hər şeyi qeydə aldı. Allahın gözləri, qiymətli əşyalar götürüb çadırına gətirən Akanı görürdü.

Ondan sonra başqa bir şəhəri fəth etmək lazım oldu. Casuslar şad xəbər gətirdilər.

Casus: "Yeşua, Ay kiçik şəhərdir. 3 min əsgər onu asanlıqla fəth edə bilər."

Lakin onlar o döyüşdə məğlub oldular. Şəhərdən geri qaçarkən 36 nəfər əsgəri arxadan öldürdülər. Yeşua Allaha fəryad etdi.

Yeşua: "Ya Rəbb, niyə bu belə baş verdi? Niyə Sən bizə kömək etmədin?"

Allah ona belə cavab verdi:

Allah: "Çünki sizdə təqsir var. Aranızda bir nəfər oğurluq etdi. Siz bu səhvinizi düzəldin, ondan sonra Mən sizə kömək edəcəyəm."

Sonra Akanın sirri aşkara çıxdı. Akan oğurluq etdiyini etiraf etdi.

Bir nəfərin günah etməsi üzündən başqaları əziyyət çəkdilər. Necə ki qırmızı işığa keçən bir nəfər adamı vurub öldürür.

Yol hərəkətini pozan adamlar cərimə ödəməyə məcbur olurlar. Amma Allaha pul ödənməz. Saleh Allah əmrlərinə itaət etməyənlərin ölümünü tələb edir.

Akan Əziyyət dərəsi ndə daşqalaq edilərək öldürüldü.

Qulaq asın, uşaqlar! Saleh Allah həmçinin sevən Allahdır. Bizim layiq olduğumuz cəzanı İsa çarmıx üzərində çəkmişdir. Əgər siz sizə görə ölmüş və ölümdən dirilmiş İsaya iman edirsinizsə, onda Allah sizin "cərimənizi" də ləğv edəcəkdir.


Rollar: Aparıcı, oğlan, Allahın səsi, Akan, casus, Yeşua

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 22, 2022, at 03:42 PM | powered by PmWiki (pmwiki-2.3.3)