STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 105 (The sign on the door 5)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

105. Qapıdakı işarə 5


Səhər evin yanına yük maşını gəlmişdi.

Oğlan: "Ay ana, gəliblər!"

Ana: "Sən qəfəsdəki quşu götürə bilərsən?"

Oğlan: "Çiçi! Eşidirsən? Biz köçürük! (quş cik-cik səs çıxarır) Sevinirsən? Mən də çox sevinirəm."

Böyüklər üçünsə o, çox çətin günlər idi.

Bəs Musanın dövründə bir ailənin deyil, bütün xalqın köçməsi nə qədər daha çox çətin idi, təsəvvür edə bilirsinizmi?

Onlar çoxdan Misirdən çıxmaq, əsarətdən azad olmaq istəyirdilər. Lakin firon onları azadlığa çıxmağa qoymurdu, əsarətdə qalmağa məcbur edirdi. Onlar ağır iş görməyə məcbur idilər. Bu məşəqqətdə gecə-gündüz Allaha fəryad edirdilər. Allah çoxlu möcüzələr yaratsa da, firon ürəyini daha da inadkarlaşdırırdı. Allah təkrar Musaya danışdı.

Allah: "Musa, fironun hüzuruna get. Bu gecə Mən Misir torpağından keçəcəyəm və hər ailənin böyük oğlu öləcək."

Axşam oldu, israilli bir oğlan atasının quzu kəsdiyini seyr edirdi.

Yeşua: "Ay ata, sən niyə bu quzunu öldürürsən?"

Ata: "Bilirsən, Yeşua, quzu sənin həyatını xilas etmək üçün kəsilməlidir. Allah belə istəyir."

Ata quzunun qanından götürüb evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtdü.

Ata: "Qan bizim üçün bir işarə olacaq. Allah bu gecə evimizin qapısında qanı görəndə yan keçəcək və bizi qoruyacaq."

Yeşua: "Quzuya yazığım gəlir, amma o mənim həyatımı xilas edəcək."

Hər israilli ailə evinin qapısının yan taxtalarına və üst dirəyinə quzunun qanını sürtdü.

Ata: "Yeşua, sən gəl, içəri gir, artıq hava qaralıb. Paltarını geyin. Biz hazır olmalıyıq."

Onlar ayaqüstü yedilər. Gecəyarısı birdən səs-küy qopdu. Hər misirli ailənin böyük oğlu ölmüşdü.

Firon: "Tez olun, Misirdən çıxın, gedin! Bütün şeylərinizi də götürün. Gedin buradan! BU SAAT GEDİN!"

Kişilli, qadınlı, uşaqlı milyondan artıq insanlar hazır vəziyyətdə gözləyirdilər. O gecə onlar Misiri tərk etdilər. Yeşua da sağ qaldı. Atası onu əlindən tutub apardı. Evlərinin qapısının yan taxtalarında və üst dirəyində olan qan həyatlarını xilas etmişdi!

Allah bizi qorumaq, xilas etmək istəyir. O bizim üçün ölümü deyil, həyatı istəyir.

Rəbb İsa yaralı vəziyyətdə çarmıxa çəkildi. İsa çarmıxda öldü. Onun qanı da bir işarədir, Allahın bizi əbədi ölümdən xilas etmək istədiyini göstərən bir əlamətdir. Buna görə İsa belə dedi: "Mənə iman edən ölsə də, yaşayar" (Yəhya Müjdəsi 11:25).


Rollar: Aparıcı, oğlan, ana, Allah, Yeşua, ata, firon

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 17, 2022, at 04:46 PM | powered by PmWiki (pmwiki-2.3.3)