STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 106 (End of the line 6)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

106. Son hədd 6


Yol verin – Birtərəfli yol – Dalan – Durmaq qadağandır – Yol verin – Dayanmadan keçmək qadağandır!

Yol nişanları olmasaydı, şəhərdə xaos yaranardı. İstiqamət göstəriciləri olmasaydı, ölkəmiz bir labirint olardı.

Yığın-yığın insanlar səhradan keçirdi. Onların yolunda nə küçə var idi, nə cığır. Ancaq bir istiqamət göstəricisindən başqa heç nə yox idi. Allahın Özü onları bulud sütunu içində gizlicə müşayiət edirdi. Allah onları Misir əsarətindən vəd olunmuş torpağa aparırdı.

Xalqını yalnız yaxşılığa aparan Allahın kimisi varmı?

Bulud sütunu dayananda xalq da dayanardı. Hərəkət edəndə bütün xalq da onunla birlikdə hərəkət edərdi. Gecə o, alov sütununa dönərdi və qaranlığı ən qüvvətli projektordan da çox işıqlandırardı.

Xalqını yalnız yaxşılığa aparan Allahın kimisi varmı?

İsrailli kişi: "Bulud dayanıb. Burada çadır qura bilərik."

İsrailli qadın: "Qırmızı dənizin sahilində dayanırıq. Necə gözəldir!"

Uşaq: "Olarmı, dənizdə çimməyə gedim?"

İsrailli kişi: "Bir dayan ... orada nəsə bir şey var. Amma mən yaxşı görə bilmirəm."

İsrailli qadın: "Ola bilməz. Bizi təqib edirlər!"

İsrailli kişi: "Misirlilər üstümüzə gəlirlər! Biz tələdəyik!"

İsrailli qadın: "Ay Musa, sən nə üçün bizi bu dəhşətli səhraya gətirdin?"

Musa: "Qorxmayın! Allahımız kimi bir Allah varmı? O bizim üçün vuruşacaq!“

Qəflətən israillilərlə misirlilər arasında nəhəng bir bulud peyda oldu. Düşmənlər tərəfdən qaranlıq idi, israillilər tərəfindən isə işıqlı idi.

Xalqına belə kömək edən Allahın kimisi varmı? Onun gücü çatmadığı heç bir şey yoxdur!

Musanın əlində Allahın əsası var idi. Musa əsanı Qırmızı dənizə uzatdı (güclü dalğaların səsi).

İsrailli kişi: "Möcüzə! Baxın! Dənizin ortasında bir yol!"

İsrailli qadın: "Sağdan və soldan su divarları durur. Allah bunu bizim üçün etdi!"

Belə möcüzələr yaradan Allahın kimisi varmı?

Doğrudan da, dənizin ortasında quru bir yol əmələ gəlmişdi. Bütün israilli kişilər bu yoldan dənizin o biri tayına keçdilər.

1-ci misirli: "Onları təqib edək! Biz də bu yoldan dənizin o biri tayına keçə bilərik."

2-ci misirli: "Ay aman, arabanın təkərləri palçıqda ilişib qaldı. Biz həlak olduq! Allah bizə qarşı vuruşur."

Bu, misirlilərin son sözləri idi. Onların hər iki tərəfində olan su divarı birdən onların üstünü örtdü. Bütün Misir ordusu suda batdı.

İsrailli kişilər: "Xilas olduq! Biz xilas olduq! Allahımız düşmənlərimizi darmadağın etdi, həmişəlik məhv etdi!"

Xalq Allaha sevinclə həmd-şükür nəğməsi oxudu.


Rollar: Aparıcı, israilli kişi, israilli qadın, uşaq, Musa, iki misirli

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 07, 2017, at 05:32 AM | powered by PmWiki (pmwiki-2.3.3)