STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 050 (Attention danger of an avalanche)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

50. Diqqət: qar uçqunu təhlükəsi


İsveçrənin dağlarında bir oğlan uşağı qoyun sürüsünü otarırdı. O, gülləri və işıldayan buzlaqları çox sevirdi. Bir dəfə dağdakı cığırdan turist keçirdi.

Turist: "Salam, adın nədir?"

Henri: "Salam, adım Henridir."

Turist: "Sən burada təksən?"

Henri: "Hə, tətildəyəm və atamın qoyunlarına baxıram."

Turist: "Demək, sən çobansan. Bəs Yaxşı Çobanı tanıyırsanmı?"

Henri: "Yox, kimdir o?"

Turist: "Rəbb İsadır. Müqəddəs Kitabda yazılıb ki, insanlar itaətsiz qoyunlar kimi öz yolları ilə gedirlər. Yaxşı çoban bizi axtarır. Bizi yola gətirmək, qayğımıza qalmaq və bir gün cənnətə aparmaq istəyir."

Henri: "Mən öləndə İsa məni oraya aparacaq?"

Turist: "Bəli. Sən yalnız Ondan xahiş etməlisən ki, O sənin çobanın olsun."

Henri: "Mən indi bunu eləmək istəyirəm."

Henri sadə sözlərlə ürəkdən dua etdi. O, İsaya məxsus olmaq istəyirdi. Turist yoluna davam etməzdən əvvəl Henriyə dedi:

Turist: "İndi sən əbədi olaraq Yaxşı çobana məxsussan. Belə deyə bilərsən: Rəbb mənim Çobanımdır. Bax, bu üç sözü üç barmağınla söyləyə bilərsən."

Henri bu sözləri təkrarladı və hər sözü söyləyərkən sol əlindəki barmaqlarından birini qaldırdı: birinci şəhadət barmağını, sonra orta barmağını və axırda adsız barmağını. Orta barmağını xüsusi vurğu ilə qaldırıb deyirdi:

Henri: "Rəbb mənim Çobanımdır."

Oğlan evə qayıdanda turistlə söhbətini valideynlərinə danışdı. Tətili qurtardı və Henri yenə məktəbə getdi.

Qış gəldi. İsveçrənin dağlarında qış qorxulu olur. Qar uçqunu təhlükəsi böyük olur.

Bir gün Henri hündür qarda yeriyərkən gurultu səsi eşitdi. Evə qaçmaq istədi, amma gec idi. Uşaq uçan qar yığını altında qaldı.

Hava qaralanda valideynləri narahat olmağa başladılar. Saatlarla onu axtardılar. Axır ki, tapdılar. Uşaq sol əlinin orta barmağını dik tutmuşdu. Ölərkən Henri Yaxşı Çobanını yada salmışdır.

Henrinin valideynləri çox kədərləndilər. Yalnız bir gün – əbədi olaraq Yaxşı Çobanın yanında olacaqları vaxt – əziz oğullarını cənnətdə görəcəyini düşünməktən təsəlli tapırdılar.

Bəs sən: Rəbb mənim Çobanımdır – deyə bilərsənmi?


Rollar: Aparıcı, turist, Henri

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 06:41 AM | powered by PmWiki (pmwiki-2.3.3)