Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 156 (Esther – star of the East 1)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

156. Ester – Şərq ulduzu 1


Qız: "Siz məni tanıyırsınızmı? Adım Hadassadır. Mən İranda yaşayıram, amma buralı deyiləm. Valideynlərim ölüblər. Onları heç xatırlamıram. Bir qohumum Mordokay məni qızlığa götürüb. O mənə ata kimi olmuşdur. Biz böyük Şuşan şəhərində yaşayırıq. Burada məni Ester çağırırlar. Fars dilində ‘şərq ulduzu’ deməkdir."

Bu ağıllı və qəşəng qız bir gün ulduz kimi parlayacağını və çox məşhur olacağını təsəvvür edə bilməzdi.

Ester mələkə oldu. Müqəddəs Kitabda onun tarixçəsi yazılmışdır.

Qüdrətli padşah Axaşveroş bütün gənc qızlardan ən çox Esteri bəyəndi. Başına mələkəlik tacını qoydu və böyük ziyafət qurdu.

O gün bütün padşahlıqda vergilər toplamadılar, əksinə, hamıya hədiyyələr verildi.

Esterin məhz o vaxt mələkə olması təsadüf deyil idi. Mən əminəm ki, padşah Axaşveroşun seçiminə Allah təsir etmişdir.

Ester bütün dünyanın Hökmdarına iman edirdi və Onun padşahın ürəyini idarə etdiyini düşünürdü.

Padşah sarayında Esterin yəhudi olduğunu heç kim bilmirdi. Bu, onun sirri idi. Ögey atası ona məsləhət görmüşdü ki, yəhudi olduğunu heç kimə deməsin. Ester də ona qulaq asmışdı və bu sirri heç kəsə açmamışdı.

Mordokay da padşaha qulluq edirdi. Bir gün o iki xədimin padşaha qarşı sui-qəsd təşkil etdiyindən xəbər tutdu. O iki xədim padşahı öldürmək üçün plan qururdu.

Mordokay bunu mələkə Esterə bildirdi, o da dərhal padşaha xəbər verdi.

Sui-qəsdin qarşısı alındı və təqsirkar şəxslər cəzalandırıldılar.

Axaşveroş mirzəsinə bunu salnamələr kitabına yazmağı əmr etdi və əmri yerinə yetirildi.

Bir müddət keçəndən sonra sarayda bədxah bir adam vəzifədə yüksəldi.

Bu adam, məğrur və özündənrazı Haman idi. O, padşahı razı salaraq ona yaxınlaşmağa müvəffəq oldu.

Haman Fars padşahlığında ikinci ən güclü adam oldu.

O, ürəyində şeytani planlar qururdu.

Bundan biz növbəti verilişdə daha ətraflı danışacağıq.


Rollar: Aparıcı, uşaq (qız)

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 07:00 AM | powered by PmWiki (pmwiki-2.3.3)