Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 155 (Hands off 3)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

155. Uzaq dur 3


Uşaqlar, siz bilirsiniz, falçı kimdir?

Uşaq: "Şeytana qulluq edən və ondan gələcəkdə olacaq şeylər öyrənən qadındır."

Falçılar həmişə yalan danışmazlar, bəzən doğru xəbər də verərlər.

Falçılar qədimdən var.

İncildə yazılıb ki, Paul bir dostu ilə birlikdə Filipi şəhərinə gedəndə, falçı bir qadın onların ardınca gələrək küçədə ucadan elan edirdi.

Falçı: "Bu adamlar Allahın xidmətçiləridir. Onlar sizə xilas yolunu göstərirlər."

Uşaq: "Axı o doğru danışırdı!"

Bəli. Lakin Paul buna görə narahat idi. Falçının reklamı onun xoşuna gəlmirdi.

Paul: "İsa Məsihin adı ilə bu qadından çıx!"

Falçılıq ruhu o saat qadını tərk etdi. İsa qalib gəlmişdir! İblis İsanın qarşısında qorxudan əsir. Biz onu görməsək də, iblis var və insanları Allaha imandan uzaqlaşdırmaqla məşğuldur. Bu məqsədlə iblis insanlara həqiqi iman əvəzinə mövhumat təklif edir. Mövhumat, əslində olmayan, xəyali şeylərə inanmaq deməkdir.

Həqiqətən də ürəyini İsaya açmayan insan mövhumata inanır.

Məsələn, çoxları göz muncuğu kimi şeylərin onları qoruyacağını güman edirlər. Buna görə evlərdə, maşınlarda, hər yerdə çox göz muncuğu, dua kimi şeylər görürük. Şeytan insanlara müxtəlif fal növlərini təklif edir: yellənən kəfgirin və ya öz-özündən hərəkət edən cisimlərin istiqaməti vasitəsilə fala baxmaq maraqlı oyuna bənzəyir.

Uşaq: "Bəs elə-belə sadəcə bir oyun-əyləncə kimi bunu etmək olmazmı?"

Martin adlı bir uşaq da belə düşünürdü. Onun sinfində bəzi uşaqlar öz-özünə hərəkət edən şüşələr vasitəsilə ruhlarla danışmağa cəhd edirdilər. O da elə-belə onlara qoşuldu, amma ondan sonra çox qorxunc yuxular görməyə başladı.

Mürəkkəbqabı ilə bir tərcübə keçirmək olar. Bilirsənmi?

Bir barmağını mürəkkəbqabına elə-belə əyləncə kimi batır, sonra da başqa bir barmağı ciddi batır.

Uşaq: "Bəs axı hər iki barmağım mürəkkəbə bulaşar!"

Bəli, mən də elə onu demək istəyirəm ki, düşmənin təklif etdiyi oyunlardan uzaq durasan. Ya oyun-əyləncə kimi olsun, ya da ciddi olsun – fərqi yoxdur, hər ikisinin nəticəsi eynən pis olacaq. Məsələn, Müqəddəs Kitabı oxumaq və dua etmək həvəsini itirə bilərsən.

Uşaq: "Bəs siz ulduz falına baxmırsınız?"

Xeyr, baxmıram.

Uşaq: "Anam da baxmır. O dedi ki, Allah bunu qadağan edir. Allah istəyir ki, biz yalnız Ona ümid bağlayaq."

Bilirsənmi, həyatında İsa olanda, sənə daha heç nə lazım olmur. İsa qalib gəlmişdir və O səni düçmənin tələlərindən qurtarır. O səni sevdiyinə görə qoruyacaqdır!


Rollar: Aparıcı, uşaq (qız), Paul, falçı

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 06:59 AM | powered by PmWiki (pmwiki-2.3.3)