Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 108 (Bela‘s Bible)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

108. Baronun İncili


Qaraçı furqonu kələ-kötür kənd yolundan silkələnə-silkələnə gedirdi. Kəndli uşaqlar əllərini yelləyirdilər.

Baro: "Ay ata, Mən fermerin yanında işləmək istəyirəm."

Ata: "Sən orada tez darıxarsan."

Ana: "Baro iş başında! Bu, yəqin ki, zarafat olar!"

Baro ata-anasının onun işləyəcəyinə inanmadıqlarına görə dilxor oldu. Onlar növbəti kəndə gəlib çatan kimi furqondan düşüb qaçdı.

Pəncərədə güllər qoyulmuş fermerin evi Baronun xoşuna gəldi. (qapı döyülür)

Fermer: "Salam. Sən kimsən?"

Baro: "Adım Barodur. Mən sizin yanınızda işləmək istəyirəm."

Fermer: "Sən lap vaxtında gəlmisən. Kartof yığılan vaxtdır. Xoş gəlimsən. Amma öncə otur, yemək ye. Buyur, gəl içəri!"

Mətbəxdən gələn gözəl iy Baronun iştahını açdı. Oğlan onsuz da qurd kimi ac idi.

Fermer: "Biz yemək yeməzdən əvvəl dua edirik. ‘Ey Allah, hər gözəl bəxşiş, əldə etdiyimiz hər şey Səndən gəlir. Hər şeyə görə Sənə minnətdarıq. Amin‘."

Dua və İncil Kitabı Baro üçün yeni idi.

Oğlan mehriban fermerin yanında özünü çox rahat hiss edirdi. O, işləməkdən belə, həzz alırdı, baxmayaraq ki, hər gün işdən sonra beli ağrıyırdı. Üstündən bir həftə keçdi. (it hürür)

Baro: "Neron, nə olub? Mənimlə top oynamaq istəyirsənmi?"

Həyətdə Neron qulaqlarını diklədi. Baro da diqqətlə qulaq asdı (skripka çalır).

Baro: "Neron, orada kimsə skripka çalır. Deyəsən, ata-anam. Tonqalın yanında oturublar, mahnı oxuya-oxuya odda kirpi qızardırlar. Birdən yaman darıxmışam. Başa düşürsən, Neron?"

Baro mətbəxə girdi, orada heç kəs yox idi. Qaraçı oğlan masadan İncil Kitabını götürüb gecənin qaranlığında gözdən itdi.

Ata: "Baro, axır ki, sən gəlib çıxmısan. Bizim üçün bir şey gətirmisənmi?"

Baro: "Bu kitabı gətirmişəm."

Ana: "Qudlo oxuya bilər."

Qudlo: "Sən demə, bu, müqəddəs kitab imiş. Üstündə yazılıb: Əhdi-Cədid. İncil."

Ana: "Yaxşı kitabdır. Oxu, görək, nə yazılıb orada!"

Qudlo: "Bir adam İsaya yaxınlaşıb soruşdu: Xilas olmaq üçün nə etməliyəm? İsa ona belə cavab verdi: Allahın əmrlərinə əməl et. Oğurluq etmə."

Ata: "Oğurluq etmə?"

Qaraçılar xəcalətlə bir-birinə baxdılar, çünki onların hamısı oğurluq etmişdi. Elə bu kitabın özü belə oğurluq idi, axı Baro onu gizlicə götürüb aparmışdı. O axşam Baro İncili geri qaytardı.

Fermer: "Baro, sən bizi təəccübləndirdin. İncilimizi sənmi aparmışdın? Al, mən sənə bu İncili hədiyyə edirəm."

Baro: "Doğrudan? Onu özümə saxlaya bilərəm?"

Baro çox sevindi. Və sonra bu İncil Kitabı sayəsində çoxlu qaraçılar İsanı tanıdılar.


Rollar: Aparıcı, Baro, ata, ana, Qudlo, fermer

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 07, 2017, at 05:34 AM | powered by PmWiki (pmwiki-2.3.3)