STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 107 (Lame excuses) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
107. Əsassız bəhanələrDavud kitab oxumağı sevir. Mark Tveynin, Klayv Lyuisin və digər məşhur yazıçıların əsərlərini oxuyur. Ancaq bir Kitab var ki, Davuda onu oxumaq maraqlı gəlmir. Davud: "Müqəddəs Kitab mənlik deyildir." Qız: "Nə üçün?" Davud: "Orada çox şey anlaya bilmirəm." Qız: "Bu düz deyildir. Sən sadəcə özünə haqq qazandırmağa çalışırsan. Mən əminəm ki, sən Müqəddəs Kitabda çox şey anlaya bilərsən." Davud: "Məsələn?" Qız: "Məsələn, orada “Oğurluq etmə!” – yazılıb." Bıy! Bu söz Davuda çox təsir etdi. Üzü qıpqırmızı qızardı ... Uşaqlar, siz Müqəddəs Kitabın dünyada nə qədər önəmli rol oynadığını bilirsinizmi? Davud: "Çap dəzgahı icad ediləndən sonra ən birinci çap olunan kitab Müqəddəs Kitab olub." Qız: "Müqəddəs Kitab 1600-dən çox dilə tərcümə olunub." Davud: "Müqəddəs Kitabın ən balaca nüsxəsi İngiltərədə çap olunub və bir kirbit qutusu boydadır." Qız: "Dünyada ən böyük Müqəddəs Kitab taxtadandır və 10 tondan ağırdır." Davud: "Müqəddəs Kitab dünyada ən çox sevilən, əzizlənən və oxunan kitabdır, amma çoxları ona nifrət edirlər." Qız: "Müqəddəs Kitabın müəllifi Allahdır və bu Kitab haradasa 40 nəfər tərəfindən yazılmış Allahın sözlərindən ibarətdir." Davud: "Müqəddəs Kitabı oxuyan və Allahın Kəlamına iman edən hər kəs yeni insan olur. Dünyada insanı bu qədər dəyişdirməyə qadir olan başqa bir kitab yoxdur." Qız: "Müqəddəs Kitabda haradasa üç milyon hərf var. Gündə dörd fəsil oxumaqla siz bir ildə bu Kitabın hamısını oxuyub qurtara bilərsiniz." Davud: "İngiltərədə bir adam yaşayır ki, Müqəddəs Kitabı 100 dəfə başdan sona qədər oxuyub!" Bir adam dostunun evində deşikli İncili görüb. Bu ona çox ayıb və pis göründü. Allahın Kəlamını heç deşərlərmi? Dostu onun nə düşündüyünü təxmin edib. Kişi: "Bu İncil mənim üçün əzizdir. O, güllə ilə deşilib məni ölümdən xilas etdi. Mən müharibə zamanı cəbhədə vuruşurdum. Biz bir xəndəkdən çıxıb o biri xəndəyə sürünməli idik. Birdən sinəmdə çox qüvvətli zərbə və kəskin ağrı hiss etdim. Nə baş vermişdi? Düşmən silahı mənə tuşlayıb güllə atdı. Mənsə həmişə köynəyimin cibində kiçik bir İncil Kitabı daşıyırdım. Güllə İncili deşəndən sonra mənə dəyib, amma qüvvəsi artıq zəifləmışdı. Orada İncil Kitabı olmasaydı, güllə ürəyimi deşəcəkdi! Bu Kitab həyatımı xilas etdi. Özü də iki dəfə. Birinci dəfə İsanın məni günahlarımdan qurtarmağa qadir olan yeganə Xilaskar olduğunu oxuyanda və sonra da məni bu öldürücü güllədən qoruyanda." Mən hər gün Müqəddəs Kitabı oxuyuram. Bəs siz necə, uşaqlar? Əgər sizə İncil Kitabı lazımdırsa, mənə yazın. Müqəddəs Kitabda belə yazılmışdır: „Sözün addımıma çıraqdır, yollarıma işıqdır“ (Zəbur 119:105). İşıq sizə yol göstərir ki, siz bu qaranlıq dünyada Allaha aparan yolu tapasınız. Rollar: Aparıcı, Davud, qız, kişi © Müəlliflik hüququ: CEF Germany |