Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 093 (The Kurku-promise 5)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

93. Kurkuların kişi sözü 5


Rinqu hədsiz dərəcədə sevinərək qaça-qaça kəndə qayıtdı.

Rinqu: "Pələng öldü! Pələng öldü! Biz onu öldürdük!"

Battu böyük qardaşı üçün qürur duyurdu.

Battu: "Afərin sənə! Pələng ovu qorxulu idimi? Sən qorxurdunmu?"

Rinqu: "Ço-o-ox. Amma dua edəndə ürəyim bir az rahat olurdu."

(mühərrik səsi)

Rinqu: "Bu, yəqin ki, Sahib Qrabbdır, mənə İsadan danışan ağ dərili adam."

Battu: "Gəl, onun yanına gedək."

Qardaşlar qaçdılar. Tini dönəndə gördülər ki, müjdəçinin “cip” inin təkərləri palçığa batıb. Maşını heç cür çıxarda bilmədilər. Ancaq Rinqu öküzlərini qoşdurub maşını çəkəndən sonra çıxardı.

Sahib Qrabb: "Qurtardı. Çox sağ ol, Rinqu, köməyinə görə sağ ol. Bu gün mən gedirəm. Artıq uzun müddət görüşməyəcəyik. Həmişə yadda saxla ki, Rəbb İsa səninlədir. Sən ona sadiq qal və həmişə Onu razı salan işlər gör. Günah səni əsla xoşbəxt etməz. Allahdan sənə olan məktubu hələ saxlayırsan?"

Rinqu: "Bəli, çalmamda saxlayıram."

Sahib Qrabb: "Allahın kəlamını ürəyində saxla. Ona güvənə bilərsən. Yeri gəlmişkən, mənim balaca orqanım itib."

Rinqu qıpqırmızı qızardı. Axı oğru o idi. O bu musiqi alətini oğurlayıb tövlədə gizlətmişdi. Məgər Sahibin bundan xəbəri var?

Sahib Qrabb: "İndi onu axtarmağa vaxtım yoxdur. Sən mənim üçün axtara bilərsən? Əgər tapsan, zəhmət olmasa, onu şəhərdə yaşayan Merri xanıma apar. Merri xanım mənim harada vəz etdiyimi bilir. O, orqanı mənə gətirəcək."

Rinqu yavaş-yavaş əllərini çarpazlayıb qulaq məmələrindən çəkdi. Hindlilər vəd verəndə belə edərlər. Bu, kurkuların “kişi sözü” idi.

Rinqu pərişan halda evə qayıdırdı.

Rinqu: "Niyə mən oğru olduğumu etiraf etmədim? Mən qorxaqam. Ya Rəbb İsa, Sən məni hələ eşidirsən? Mən bir şey oğurlamışam və çox peşmanam. Yalvarıram, günahımı bağışla və mənə kömək et, qoy mən düzgün hərəkət edim."

Bəs hansı hərəkət düzgün idi? Rinqu bilirdi ki, oğurladığı əşyanı qaytarmalıdır. Ancaq bu çətin iş idi. Başqaları onun haqqında nə düşünəcəklər? Ürəyində nazik bir səs dedi: Oğurladığın orqanı yiyəsinə qaytar və hər şey düzələcək.

Siz də bu nazik səsi eşidirsinizmi, uşaqlar? Nəyisə oğurlamısınızsa, səhvinizi necə düzəltməyi bilirsinizmi? Bu sualın cavabını növbəti verilişdə öyrənəcəksiniz.


Rollar: Aparıcı, Rinqu, Battu, Sahib Qrabb

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 13, 2017, at 01:28 PM | powered by PmWiki (pmwiki-2.3.3)