Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 087 (I don’t want to live any more)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

87. Mən daha yaşamaq istəmirəm


Sinifdə şagirdlərə qiymətlər paylandı. Sevda sevincindən uçurdu. Əla qiymətlərini valideynlərinə nə vaxt göstərəcəyini səbirsizliklə gözləyirdi. Kamalın isə kefi yox idi. Pərişan halda kitab-dəftərini çantasına qoyurdu.

Əli: "Ay Kamal, bu gün velosiped sürməyə gedərik?"

Kamal: "Yox, bu gün getmərik."

Əli: "Sən nə yavaş tərpənirsən. Yoxsa axşama kimi məktəbdə qalmaq istəyirsən?"

Kamal: "Özün get. Mən heç evə getmək istəmirəm. Riyaziyyatdan “üç” almışam. Ana dilindən “iki”. Atam qiymətlərimi görsə, məni öldürər. Öz-özümü öldürsəm, ondan yaxşıdır. Mən daha yaşamaq istəmirəm. Axmağın biriyəm, axmaqları isə heç kim sevməz."

Əli: "Bəsdir, boş-boş danışdın. Atan səni çox sevir. Sənə çoxlu yaxşı şeylər alır."

Kamal: "Mənim atam? O yalnız özünü və öz işini sevir. Qalan hər şey onun üçün vacib deyildir."

Əli: "Mənim atamın yanında sənin atan mələkdir. Mənim atam isə mən ancaq səhv bir iş görəndə mənə diqqət verir. Onda o məni yamanca danlayır. Mənə çox pis təsir eləyir. Mənim də yaşamaq istəmədiyim günlər olub."

Kamal: "Bəs indi daha olmur?"

Əli: "Bu gün mənim İsam var. O yaşayır və hətta mən səhv edəndə belə, məni sevir. Mən həmişə öz səhvlərimlə Ona gələ bilərəm. O mənim dostumdur. Mən onu görməsəm də, Onun həmişə mənimlə olduğunu bilirəm. Hökm deyil ki, güclü olam. Onun hüzurunda ağlaya da bilərəm. Səni inandırım ki, bu mənə kömək edir."

Kamal: "Sənin üçün yaxşıdır! Mən də belə inana bilsəydim, yaxşı olardı."

Əli: "Gəl, velosiped sürək və söhbət edək. İstəyirsən, mən səninlə evinə gedim. Bəlkə də mən gəlsəm, atan sənə çox acıqlanmaz."

Kamal: "Ola bilər. Yaxşı fikirdir. Sən əsl dostsan!"

Əli: "Tətil qurtarandan sonra hərdənbir ev tapşırıqlarımızı birlikdə edəcəyik."

Əlinin dostunu tək buraxmaması, onunla evinə getməsi yaxşı idi. Bununla belə, Kamal həyəcanlanırdı. O gün bir möcüzə baş verdi: atası Kamalın qiymətlərini görəndə ona acıqlanmadı. Hətta etiraf etdi ki, o özü məktəbdə oxuyanda yaxşı qiymətlər almırdı.

Valideynlər uşaqlarından kamilliyi tələb edəndə, uşaqlara çətin olur. İsa belə deyildir. O səni olduğun kimi – güclü və zəif cəhətlərinlə qəbul edir. Çox şeyi yaxşı edə biləcəyini bilir və sənə çətin gələn şeyləri də bilir. İsa sənə kömək etmək istəyir. Ürəkli ol, İsaya güvən! Sən İsanı tanıyırsansa, o demək deyil ki, hökmən sinifdə ən yaxşı şagird olarsan. Amma İsa sənə kömək edəcək və sən uğur qazanarsan. İsa sənə nizamlı oxumağı və dərslərdən zövq almağı öyrədəcək.

Ürəkli ol və İsaya güvən! İsanın köməyi ilə düşündüyündən çox işlər görə bilərsən!


Rollar: Aparıcı, Əli, Kamal

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:20 AM | powered by PmWiki (pmwiki-2.3.3)