STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 070 (It‘s worth it) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
70. Bu, ona dəyərPeter: "Artıq cana gəlmişəm! Bütün gecəni çalışdıq, amma heç balıq tuta bilmədik!" Balıqçılar yorğun və məyus halda qayığı sahilə çıxardılar. Gecə balıq ovu səmərəsiz keçmişdi, indi isə torları təmir etmək və təmizləmək lazım idi. Birdən balıqçılar gördülər ki, Qalileya dənizi sahilinə çox insan gəlir. İsa vəz edəcək, deyirlər! İsaya qulaq asmaq istəyirlər; İsaya həmişə qulaq asmağa dəyər! İsanın sözləri hər kəsə güc və cəsarət verir. Camaat İsanı sıxışdırdığına görə, İsa təlim öyrətmək üçün rahat bir yer tapmırdı. İsa: "Peter, izin ver, sənin qayığına minim və sahildən bir az aralanıb oradan xalqa təlim öyrədim." Ondan sonra hər kəs İsanı daha yaxşı eşidə və görə bilirdi. İsa vəzini başa çatdırandan sonra Peterə baxdı. İsa: "Peter, bizi dənizə apar. Torlarınızı suya atın. Balıq tutacağıq!" Mən o an Peterin üzünə baxmaq istəyərdim. Necə balıq tutacağıq? Gündüz vaxtı balıq istidən uzaqlaşmaq üçün gölün dibinə üzür. Heç bir balıq tora düşməyəcək. Peter bunu çox yaxşı bilirdi. O neçə il idi, balıqçı kimi çalışırdı. Peter: "Müəllim, bütün gecəni çalışdıq və bircə balıq tutmadıq." Biz də uğursuzluqlarımız haqqında İsaya danışa bilərik. Peter: "Lakin madam ki, Sən belə deyirsən, mən torları atacağam." Peterin bu hərəkəti əla idi. O özünü çoxbilmiş saymadı. İsaya qulaq asdı və mükafatlandırıldı. O biri balıqçılarla dənizə çıxdı və torları suya atdılar. O zaman möcüzə baş verdi! Onlar o qədər çox balıq tutdular ki, torlar cırılmağa başladı. Peter: "Yəhya, Yaqub, kömək edin! Biz özümüz bu qədər balığı çıxara bilmirik." Dostlarını səslədilər və iki qayığı balıqla doldurdular. Balıq o qədər çox idi ki, qayıqlar az qalmışdı ki, batsın. İsanın bu işindən heyrətə düşən Peter İsanın ondan fərqli olduğunu gördü. Peter: "Ya Rəbb, məndən uzaq ol, çünki mən günahkaram." Nə yaxşı ki, İsa Peterdən uzaqlaşmadı, ancaq Peteri bağışladı. Biz də İsaya günahlarımızı etiraf edəndə, İsa bizi bağışlayacaq. İsa: "Ay Peter, qorxma. Bu gündən sonra sən balıq deyil, insan tutacaqsan." İsa Peterə yeni iş verdi. Peter ondan sonra İsa üçün insan tutacaq idi. Mən düşünürəm ki, İsa təkcə super-qəhrəmanları çağırmır, lakin sənin kimi, mənim kimi, Peter kimi sadə insanları çağırır; onlar İsanın Kəlamını eşidirlər və özləri görürlər ki, İsayla yaşamağa dəyər! Rollar: Aparıcı, Peter, İsa © Müəlliflik hüququ: CEF Germany |