Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 065 (Missing for three days)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

65. Üç gündür tapılmayan uşaq


(Yol gedən səyyahların səsi)

1-ci yolçu: "Bu bayram həmişə yadımda qalacaq."

2-ci yolçu: "Bəli, bayram əla keçib."

1-ci yolçu: "Bizim böyük üstünlüyümüz var. Bizi azad etmiş Allahımız var. Gələn il yenə Yerusəlimi ziyarət edəcəyəm."

Məryəm: "Salam. Siz oğlumuzu görməmisiniz ki?"

Yusif: "Biz onu tapa bilmirik. Onun 12 yaşı var."

2-ci yolçu: "Bəlkə, başqaları ilə qabağa gedib."

Məryəmlə Yusif İsanı axtarırdılar. İsa ilk dəfə onlarla Yerusəlimə gəlmişdi. Evə qayıdan yolda O birdən itmişdi.

Məryəm: "Ay Yusif, mən Ona görə çox narahatam."

Yusif: "Gərək, şəhərə qayıdaq və Onu orada axtaraq."

Məryəmlə Yusif 12 yaşlı Oğlu haqqında hər kəsdən soruşdular, lakin İsanı görən olmamışdı. Üç gün sonra, nəhayət, Onu məbəddə tapdılar. Uşağın Allahın evində sanballı ilahiyyatçılarla Müqəddəs Kitabdan danışmasına mat qaldılar. Onun verdiyi suallara və cavablara da heyrət etdilər.

Məryəm: "Niyə burada qalmısan? Biz Səni hər yerdə axtarmışıq, narahat olmuşuq."

İsa: "Məni niyə axtarmısınız? Atamın evində olacağımı bilmirdinizmi?"

İsa ilk dəfə Allahı Atası adlandırdı və beləcə Özünün Allahın Oğlu olduğunu elan etdi.

Allahın Oğlu İsa da sizin kimi uşaq olmuşdu. O əsl insan idi. Sizin kimi gülərdi, ağlayardı. Sizin kimi yemək yeyərdi və yatardı. Sizin kimi oxuyardı, öyrənərdi və sizin kimi həmişə valideynlərinə tabe olardı. Bilirəm ki, bəziləriniz gülürsünüz! Bəs siz valideynlərinizə tabe olmursunuzmu?

Müqəddəs Kitabda “Ey uşaqlar, valideynlərinizə tabe olun” – yazılmışdır. İsa həmişə tabe olardı. O əsla günah etməzdi, pis söz deməzdi, yalan danışmazdı, oğurluq etməzdi. Onun günahı yox idi. Tabe olmaq ona xoş gələrdi. Buna görə də O, Məryəm və Yusif ilə birlikdə Nazaretə qayıtdı.

Siz də İsaya tabe olmaq istəyirsinizsə, O sizə kömək edəcək və siz Ondan nümunə götürəcəksiniz. Ay uşaqlar, Ondan rica edin ki, itaətsizliyinizi bağışlasın.

Siz İsa ilə yaşamağı qərara alanda, İsa sizə Allahı razı salaraq yaşamaqda kömək edir.

İsa ürəyinizdə yaşayırsa, zibil atmaq və ya qab yumaq kimi işlər belə, sizə sevinc verə bilər. İsa ilə yaşamağa dəyər!


Rollar: Aparıcı, iki yolçu, Məryəm, Yusif, İsa

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 06:54 AM | powered by PmWiki (pmwiki-2.3.3)