Home -- Azeri -- Perform a PLAY -- 162 (Detective seeks co-workers)
162. Xəfiyyəçi özünə köməkçi axtarır
Onun işləri başından aşır və ona maraqlı bir işdə köməkçilər lazımdır.
Siz ona kömək edə bilərsinizmi, uşaqlar? O indi gəlməlidir.
(qapı zəngi çalınır) Yəqin ki, gələn odur.
Xəfiyyəçi: "Salam! Mənim adım Anar-Axtardır. Mən xəfiyyəçiyəm. Sizə ehtiyacım var, uşaqlar! Bəli, sizə! Məni 1000 dənə məhkəmə işi gözləyir."
Amma sən, deyəsən, şişirdirsən.
Xəfiyyəçi: "Yaxşı, 999 iş deyək! Bax, birinci iş budur. Tam məxfi işdir. Təcili olaraq həll edilməlidir, yoxsa bu fırıldaqçı adam saf insanları aldadıb soymağa davam edəcək. Bu fırıldaqçı insanların ciblərinə girib pul oğurlayır! Onu mütləq tutmaq lazımdır. Axtarılan şəxsin əlamətləri: bəstəboy və gövdəli."
Bu şəxs haqqında məlumatı İncil Kitabında – Luka Müjdəsi 19-cu fəsil, 2-ci ayədə tapmaq olar.
Luka 19:2 sizə bu adamı axtarıb tapmaqda kömək edəcək.
İncil Kitabınız yoxdursa, mənə yazın, mən sizə göndərəcəyəm.
Xəfiyyəçi: "İkinci işdə ehtiyatlı olmalısınız. Çünki bu adam silahdan atəş aça bilər. O, var olan Allaha küfr edir. O, izlərini gizlətməkdə çətinlik çəkir. Onun ayaqqabısının ölçüsü 73-dür!"
Onu Müqəddəs Kitabın harasında axtarıb tapa biləcəyinizi qeyd edin:
1-ci Şamuel 17-ci fəsil, 4-cü ayə. Təkrar edirəm: 1-ci Şamuel 17:4.
Müqəddəs Kitabda hansısa bir yer tapmaqda çətinlik çəkirsinizsə, mündəricata baxın.
Xəfiyyəçi: "Üç nömrəli iş mənim üçün xüsusilə önəmlidir. Bu adamı son dəfə çay kənarında görüblər. Paltarı dəvə tükündən idi və sevimli yeməyi qızardılmış kartof deyil, çəyirtkə və yabanı bal idi (öskürərək boğazını arıtlayır).
O hər kəsi Allahla yaşamağa, günahdan dönməyə çağırır. Çoxları ona qulaq asırlar və günahlarını etiraf edərək tövbə edirlər. Mən o kişini tapandan sonra ürəyim rahat olacaq."
Onun tapılması üçün Matta Müjdəsi 3-cü fəslin 1-cü ayəsinə baxmaq lazımdır. Matta 3:1. İncil Kitabının eyni hissəsində - Matta Müjdəsində 1-ci fəslin 21-ci ayəsində bu adamın kimdən nümunə götürdüyünü oxuya bilərsiniz.
Xəfiyyəçi Anar-Axtar sizin cavablarınızı məmnuniyyətlə oxuyacaq, uşaqlar.
Xəfiyyəçi: "Düzdür! Mənə tez yazın! Çünki bu işlər təcilidir."
Sizə maraqlı işlər arzulayıram.
Xəfiyyəçi: „Xəfiyyəçi Anar-Axtar."
Rollar: Aparıcı, xəfiyyəçi Anar-Axtar
© Müəlliflik hüququ: CEF Germany