STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 075 (Special binoculars)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

75. Xüsusi durbin


Siz bilirsiniz, peyğəmbər kimdir?

Sevinc: "Allah peyğəmbərə Öz planlarını bildirir."

Ümid: "Peyğəmbər gələcəkdən xəbər verən adamdır."

Bir də belə demək olar ki, peyğəmbər Allahdan xüsusi durbin qəbul edən adamdır. Həmin o durbinlə peyğəmbər gələcəyə baxır, başqalarının görə bilmədiyi şeyləri görür.

Zəkəriyyə peyğəmbər də gələcəyi görmüş və Allahın ona göstərdiklərini yazmışdı. Onun Kitabından oxuyaq:

Qız: "Ey Sion qızı, böyük sevinclə coş! Bax padşahın sənə tərəf gəlir. O, ədalətli və xilaskardır. O, həlimdir və bir eşşəyə minib gəlir."

Allahın qabaqcadan xəbər verdiyi hər şey həyata keçir. Zəkəriyyənin yazdığı hər peyğəmbərlik sözü 500 ildən sonra tamamən yerinə yetmişdir.

İsa Yerusəlimə yaxınlaşırdı. Kiçik bir kəndə çatanda şagirdlərindən ikisini qabağa göndərdi.

İsa: "Qarşınızdakı kəndə gedin. Orada bağlanmış bir eşşək tapacaqsınız. Onu açıb Mənə gətirin."

Şagird: "Özgənin eşşəyini icazəsiz necə götürə bilərik?"

İsa: "Kimsə sizə bir şey desə, deyin ki, eşşək Rəbbə lazımdır."

Şagird: "Yaxşı, Sənin dediyini edəcəyik." (çınqıllı yoldan yeriyən adamların addım səsləri eşidilir)

İki şagird İsanın dediyi kəndə getdilər və İsanın dediyi kimi etdilər. Eşşəyi tapanda açdılar.

Eşşəyin yiyəsi: "Ey, siz nə edirsiniz? Bu eşşək mənimdir!"

Şagird: "O, Rəbbə lazımdır. Bizi buraya Rəbb göndərdi."

Eşşəyin yiyəsi: "Müəlliminizmi göndərib? Yaxşı, onda götürün onu. Elədirsə, demək ki, hər şey qaydasındadır." (çınqıllı yoldan yeriyən adamların addım səsləri)

Şagirdlər eşşəyi İsaya gətirdilər, üzərinə paltarlarını qoydular və İsa eşşəyin belinə mindi. Camaat paltarlarını xalça kimi yerə sərdi və padşahı alqışlamaq üçün palma budaqlarını əllərinə götürdü. İsanı böyük sevinclə qarşıladılar.

Xalq: "Ey Yerusəlim, böyük sevinclə coş! Padşahın sənə tərəf gəlir!"

Xalq: "Hosanna! Allahdan gələn Padşaha alqış olsun!"

Xalq: "Hosanna! Bizi xilas et! Sən bizim Padşahımızsan!"

Camaat, ona bol çörək verəcək və onu işğalçı romalılardan azad edəcək bir padşah arzu edirdi. Lakin İsa bunun üçün dünyaya gəlməmişdir. O, camaatın ümidlərini doğrultmayıb. Bir həftə sonra həmin camaat qəzəblə qışqırıb:

Xalq: "Onu istəmirik. Onu rədd eləyin! Çarmıxa çəkilsin!"

İsanın onlara sadəcə olaraq çörək deyil, çörəkdən daha çox qiymətli şeylər vermək istədiyini anlamadılar. O onların ürəklərində, həyatlarında hökmran olmaq istəyirdi.

Mən çox şadam ki, İsa bizim həyatımızda da hökmran olmaq istəyir.


Rollar: Aparıcı, qız, oğlan, İsa, şagird, eşşəyin yiyəsi, xalq

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:07 AM | powered by PmWiki (pmwiki-2.3.3)