Home -- Azeri -- Perform a PLAY -- 056 (God forgets no one 4)
56. Allah heç kəsi unutmur 4
Yusif gözləyirdi. Bir həftə keçdi, iki həftə keçdi. Bir ay ... İki ay … Vaxt keçirdi, amma heç bir yenilik yox idi:
Yusif: "Mənim günahım yoxdur, amma mən zindanda yatıram. Niyə heç kəs məni buradan çıxarmır?"
Yusiflə birlikdə zindanda qalmış və azad edilmiş bir adam ona söz vermişdi ki, onun haqqında fironla danışacaq. Lakin o da Yusifi unudubmuş. Artıq iki il keçmişdi ... Yusifi unutmayan bir Şəxs var idi, O da Allah idi. Allah Yusifə böyük hökmdar olacağını söz vermişdi. Və Allah artıq bunu gerçəkləşdirməyə başladı.
Firon bir yuxu gördü. Lakin bu yuxunun mənasını ona izah edən yox idi. Firon lap məyus olmuşdu. Birdən firona xidmət edən saqi nəsə xatırladı ...
Saqi: "Mən yuxu yozan bir adam tanıyıram. Adı Yusifdir. O, zindanda yatır, amma əslində heç bir təqsiri yoxdur. O tamamilə yadımdan çıxmışdı ..."
Firon: "Onu tez buraya gətirin."
Fironun əmri yerinə yetirildi.
Yusif Misirin hökmdarının hüzuruna gətirildi, qarşısında baş əydi.
Firon: "Mən eşitmişəm ki, sən yuxuları yoza bilirsən."
Yusif: "Ey qüdrətli Firon, bu mənim əlimdə deyildir, amma Allah buna qadirdir."
Firon: "Qulaq as. Mən yuxuda gördüm ki, Nil çayının sahilində dayanmışam. Çaydan yeddi kök inək çıxdı və yeddi cılız inək onları yedi. Ondan sonra gördüm ki, yeddi dolu sünbül çıxdı və yeddi cılız sünbül onları uddu. Bu nə deməkdir? Sən izah edə bilərsən?"
Yusif: "Allah sənə yeddi il bolluq olacağını bildirib. Misir ölkəsində bol məhsul olacaq. Lakin sonra yeddi il aclıq olacaq. Heç nə bitməyəcək. Bu, qəti qərardır. Yaxşısı budur ki, sən bir müdrik adam tapasan və o adam bolluq olan illərdə taxılı toplasın. Ondan sonra yeddi il aclıq olanda xalq acından ölməsin."
Bu fikir fironun xoşuna gəldi.
Firon: "Yusif, o adam sənsən. Allah səninlədir. Səni öz kəməkçim təyin edirəm. Misirdə hər kəs sənə itaət edəcək."
Yusif beləcə ölkədə firondan sonra ən qüdrətli adam oldu! O buna inana bilmirdi. Bəzən ağlına şübhələr gəlsə də, Allah onu unutmamışdı.
Qardaşları ona nifrət etmişdilər, onu qul kimi satmışdılar, sonra o, təqsirsiz olduğu halda zindanda yatmışdı.
Mən elə görürəm ki, Yusif on il ərzində çətinliklərə dözməyə məcbur olmuşdu. Qoy bu sizi ruhlandırsın, uşaqlar. Allah heç kəsi unutmur. Sizi də unutmur. Siz Ona iman edin, bütün həyatınızda Ona ümid bağlayın. Allahın Yusifin həyatında etdiyi möcüzələrə heyran olacaqsınız.
Növbəti verilişə mütləq qulaq asın!
Rollar: Aparıcı, Yusif, saqi, firon
© Müəlliflik hüququ: CEF Germany