Home -- Azeri -- Perform a PLAY -- 038 (A night in jail)
38. Zindanda bir gecə
Bu hörmətli cənabların qaşqabağından narazı olduqları bəlli idi. Üzlərindən qəddarlıq yağırdı, gözlərində həsəd oxunurdu.
1-ci farisey: “Daha nə qədər buna dözəcəyik?”
2-ci farisey: “Mən də elə düşünürəm ki, bu İsadan danışmağı onlara qadağan etmək lazımdır.”
1-ci farisey: “Bu belə davam etsə, hamı Allahın İsanı ölümdən diriltdiyinə inanacaq.”
2-ci farisey: “Başçılarını həbs etdirməliyik.”
Fariseylər həmişə belə ediblər. Öncə İsanın çarmıxa çəkilməsini təşkil ediblər, sonra isə Onun şahidlərini susdurmağa çalışıblar. Məbəd mühafizəçiləri izdihamdan keçib Peterlə Yəhyanı tutdular və zindana apardılar. O gecə Petlərlə Yəhya zindanda qaldılar.
Səhər onları sorğu-suala tutdular:
Hakim: “Sizə vəz etməli olduğunuzu kim söyləyib? Şikəst adamın yeriməsi kimi möcüzələri necə yarada bilərsiniz?”
Peter qorxuya düşmədi. Cəsarətlə cavab verdi:
Peter: “Bizi şikəst adama yardım etməkdə günahlandırırsınız. Bu möcüzə Rəbb İsaya imanla baş verdi. Sizin çarmıxa çəkdiyiniz İsaya imanla... Allah Onu ölümdən diriltdi. Yalnız İsa insanlara xilas gətirir – dünyada İsadan başqa heç kəs xilas etməyə qadir deyildir.”
Hakimlər Peterin cəsarətinə təəccübləndilər və onunla nə etmək barədə aralarında müzakirə etdilər.
Hakim: “Bu adamlarla nə edək? Şikəst adamın yeriməyə başlaması danılmaz faktdır, bunu hər kəs görür.”
Hakim: “Lakin bu xəbərin xalq arasında daha çox yayılmasına mane ola bilərik. Biz onlara İsadan danışmağı qadağan etməliyik vəssalam.”
Peterlə Yəhyanı təzədən çağırdılar.
Hakim: “Ay kişilər, artıq İsadan danışmağı sizə qadağan edirik. Başa düşdünüzmü? Əmrimizə tabe olmasanız, özünüzdən küşün!”
Lakin Peterlə Yəhya belə cavab verdilər:
Peter: “Doğrudanmı, siz Allaha deyil, sizə tabe olacağımızı düşünürsünüz? Bizi susdurmaq qeyri-mümkündür. Biz İsaya yaxın olmuşuq və mütləq başqalarına Ondan danışmalıyıq.”
Hakimlər bir daha onlara susmağı tapşırdılar və onları azad buraxdılar.
Biz insanlara deyil, Allaha tabe olmalıyıq. Peterlə Yəhya kimi.
Rollar: Aparıcı, iki farisey, iki hakim, Peter
© Müəlliflik hüququ: CEF Germany