Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 166 (Must Terry die 4)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

166. Terri öləcəkmi 4


Filip: "Rut, sən necə düşünrsən, Terri öləcəkmi?"

Rut: "Yox. Mən dua etdim ki, İsa ona şəfa versin."

Filip: "Mən də dua etdim, amma bilmirəm, İsa məni eşidibmi."

Rut: "O, Yaxşı Çobandır və əgər sən Onun quzularından birisənsə, O səni həmişə eşidir."

Filip: "Bəs Onun quzusu olmaq üçün nə etməliyəm?"

Rut: "Ona de ki, ya Rəbb İsa, mən Sənin olmaq istəyirəm."

Rut qardaşına pastorun verdiyi Yaxşı Çoban rəsmini göstərdi.

Filip rəsmə uzun-uzun baxdı.

Filip: "Bəli, istəyirəm. Sən hələlik get, mən təklikdə dua edəcəyəm."

Bir azdan Filip otaqdan çıxdı. Üzü nur saçırdı. Artıq İsaya məxsus olduğu bəlli idi. Bu arada Terridən məktub gəldi və qardaş-bacı məktubu oxuyub sevindilər:

„Əziz Filip, əziz Rut, mən artıq xəstəxanada deyiləm, evdəyəm. Xahiş edirəm, bizə qonaq gələsiniz. Mən Uilden meşəsində, kiçik çayın kənarında tozağacından qayırılmış daxmada yaşayıram. Sağ olun, Terri."

Kiçik çayın kənarında tozağacından qayırılmış daxmada? Demək, onların dostu o xaraba daxmada yaşayırmış!

Filip yavaşca qapını döydü (qapı döyülür).

Ana: "Sizə nə lazımdır?"

Rut: "Bizi Terri dəvət eləyib."

Ana: "Terri yıxılanda yanında olan uşaqlar sizsinizmi? Gəlin."

Terri yatağında hərəkətsiz uzanmışdı. Çox arıqlamışdı, üzü solğun görünürdü. İki dostunu görəndə ağladı. Filiplə Rut ona nə deyəcəklərini bilmədilər. Otaq yaman qaranlıq və boğanaq idi.

Terri çox ağrı çəkirdi. Naharda bir stəkan çayla nazik bir tikə çörəkdən başqa heç nə yemədi və içmədi. Filip və Rut Terrinin o dərəcədə kasıb olduğunu heç ağlına gətirə bilməzdilər.

Evə qayıdanda hər şeyi Marqarit xalaya danışdılar və Terriyə hər gün baş çəkməyə qərar verdilər.

Filip: "Mən ona meşə çəkdiyim rəsm albomumu aparıb göstərəcəyəm."

Rut: "Mən də bir paket alma və İncil Kitabını aparacağam ki, Yaxşı Çoban haqqında oxusun."

Filip: "Yığdığımız beş dollar pulu da anasına verək ki, Terriyə süd alsın."

Rut: "Bəlkə üç dollar bəs olar?"

Filip: "Gəl belə edək: pulun hamısını götürək və yolda danışıb bir qərara gələk."

Və onlar belə etdilər.

Yol gedəndə meşənin ortasında kimə rastladıqlarını tapa bilirsinizmi, uşaqlar?

Bunu mən sizə növbəti verilişdə danışacağam.


Rollar: Aparıcı, Filip, Rut, ana

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 07:15 AM | powered by PmWiki (pmwiki-2.3.3)