Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 098 (Punishments and promises 2)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

98. Cəzalar və vədlər 2


Qadın: "Bu yağış nə vaxt kəsiləcək?"

Kişi: "Yoxsa Nuh haqlı idimi?"

(Gəminin divarını döyən yumruq səsləri)

Hamı: "Kömək edin! Qapını aç, ay Nuh! Bizi içəri burax!"

Lakin iş işdən keçmişdi. Allahın Özü qapını bağlamışdı. İnsanlar Ona qulaq asmadıqlarına görə cəzasını çəkməli idilər. Allaha qarşı qərar verənlərin aqibəti belə olur.

Su gettikcə qalxırdı. Hər şey Allahın dediyi kimi oldu – 40 gün, 40 gecə durmadan yağış yağdı.

İnsanlar məyus halda evlərin damlarına çıxdılar, dağlara dırmaşdılar. Amma ən yüksək dağ zirvəsi belə, beş metr suyun altında qaldı. Bütün canlılar bu tufanda məhv oldular. Yalnız Nuh və gəmidəkilər xilas oldular.

Suyun çəkilməsi bir il davam etdi.

Nuh: "Görəsən, yer hələ qurumayıbmı? Qoy bir qarğanı buraxım."

Nuh qarğadan sonra bir göyərçini də buraxdı. Yerdə quşların qona biləcəyi yerin olub-olmadığını öyrənmək istəyirdi. Lakin quşlar quru yer tapmayıb gəmiyə qayıtdılar. Üstündən bir həftə daha keçdi.

Nuh: "İndi başqa bir göyərçini buraxım."

(pəncərənin açıldığı və quşun qanadlarının çırpındığı eşidilir)

Nuhun arvadı: "Bax! Dimdiyində bir zeytun yarpağı gətirir!"

Nuh: "Demək ki, az qalıb."

Nuh göyərçini üçüncü dəfə buraxanda quş heç geri qayıtmadı.

Bir ildən sonra su tamam çəkilmişdi – yer üzü yenə quru idi.

Allah dedi: "Nuh, ailənlə birlikdə gəmidən bayıra çıx. Bütün quşlar, heyvanlar da gəmini tərk eləsin. Çoxalıb yer üzünü doldurun!"

Xilas olanların hamısı gəmidən bayıra – quru yerə çıxdı.

Əgər siz Nuhun yerində olsaydınız, ən birinci nə edəriniz, uşaqlar?

Nuh Allaha qurbangah tikdi və qurban təqdim etdi. Beləcə o xilas olduğuna görə Allaha şükür etdi. Nuh həyatını Allaha həsr etdi və bu, Allaha xoş oldu.

Allah dedi: "Mən daha heç vaxt yeri tufanla məhv etməyəcəyəm. Dünya durduqca yay və qış, gündüz və gecə davam edəcək. Sizinlə bir əhd bağlayacağam. Bu əhdin əlaməti göy qurşağı olacaq."

Göydə ilk dəfə gözəl, rəngarəng göy qurşağı göründü. Göy qurşağı indiyədək bizə Allahın sədaqətini xatırladır. Allah həmişə Öz sözünü yerinə yetirir. Ona yüz faiz güvənə bilərsiniz. Gələn dəfə göy qurşağı görəndə Onu düşünün.


Rollar: Aparıcı, iki kişi, qadın, Nuh, Nuhun arvadı, Allah

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:31 AM | powered by PmWiki (pmwiki-2.3.3)