Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 101 (Well-hidden 1)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

101. Yaxşıca gizlədilən 1


Pərviz sevinə-sevinə uşaq toplantısına qaçdı. O deyəndə ki, “mənim bir uşağım var”, biz gülməyimizi güclə saxladıq.

Neçə-neçə əsrlər bundan qabaq Misirdə Məryəm adlı bir qız körpə qardaşına çox sevinirdi. O, elə şirin körpə idi ki! Ancaq anası fironun qorxunc əmrinə görə körpəni gizlətməyə məcbur olduğundan, Məryəm heç kəsə ondan danışa bilmirdi.

Firon: "İsrail övladlarının əhalisi get-gedə artır. Qorxuram, onlar bizə düşmən olarlar. Buna görə xalqıma əmr edirəm: hər dəfə israilli bir qadın oğul doğanda, körpə o saat Nil çayına atılıb məhv edilsin!"

Firon necə dəhşətli qətl əmri vermişdi! Məgər israil övladlarının ona qul olması az idi?

Lakin Məryəmin valideynləri Allaha güvənib yeni doğulmuş oğlan uşağını üç ay gizlətmişdilər. Allahın gözlə görünməz əli körpəni qorumuşdu. Ancaq o böyüdükcə, onu gizlətmək daha çətin və hətta qeyri-mümkün idi.

Məryəm: "Ay ana, nə düzəldirsən bu qamışlardan?"

Ana: "Səbət toxuyuram, qızım. Bax belə... indi isə qapağı. Get, mənə ziftlə dolu qabı gətir, balam."

Məryəm: "O nə üçün lazımdır?"

Ana: "Səbətə su girməsin deyə lazımdır. Məryəm, biz indi bu qiymətli xəzinəmizi buraxmalıyıq."

Məryəm: "Necə buraxmalıyıq? Sən onu haraya buraxacaqsan ki?"

Ana: "Onu səbətə qoyub Nil çayına buraxacağam. Orada hündür qamış bitən bir yer var, bax, səbəti o qamışlığa suyun üstünə buraxacağam."

Məryəm: "Bəs sonra nə olacaq?"

Ana: "Sonra gözləyib görəcəyik ki, Allahın gözlə görünməz əli bizi necə qoruyacaq?"

Ana ilə qız səbəti götürüb Nil çayına yollandılar. Hər ikisi susurdu. Ana bu işi çox çətinliklə elədi və yalnız Allaha güvəndiyi üçün bacardı.

Ana: "Ay Məryəm, sən qamışlıqda gizlən, gör, nə olacaq. Məni burada görən olmamalıdır, buna görə mən evə qayıdıram."

Məryəm qamışlıqda oturdu. Bir azdan oraya bir gənc qız gəldi. Bu, fironun qızı, şahzadə idi, qarabaşları ilə birlikdə Nil çayında çimməyə gəlmişdi.

Şahzadə: "Bu nədir? Əcəb qəşəng səbətdir! Onu mənə gətirin."

Məryəmin ürəyi döyündü. Şahzadə qardaşını Nil çayına atacaqmı? (körpənin ağlamağının səsi)

Şahzadə: "İsrailli bir oğlan uşağı imiş bu. Adamın yazığı gəlir ... Lap ürəyim ağrıdı."

Məryəm gizləndiyi yerdən çıxdı.

Məryəm: "İstəyirsən, sənin üçün körpəni əmizdirəcək bir ana tapıb gətirim?"

Şahzadə: "Yaxşı fikirdir. Tez ol, tap gətir."

Məryəm kimi gətirdi, bilirsinizmi, uşaqlar? Əlbəttə, körpənin öz anasını! Beləliklə körpə, anasına qayıtdı və bir neçə il anasının yanında qaldı. Məryəmlə anası ürəkdən Allaha şükür edirdilər, çünki Onun gözlə görünməz əli onları inanılmaz möcüzə ilə qorumuşdu. Allah səni də tez-tez qoruyub, elə deyil? Sən də indi Ona şükür etməyə vaxt ayır!


Rollar: Aparıcı, firon, Məryəm, ana, şahzadə

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 07, 2017, at 05:25 AM | powered by PmWiki (pmwiki-2.3.3)