Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 062 (Finally at the goal 2)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

62. Axır ki, tapmışıq 2


Şərqdən gələn müdrik adamlar Yerusəlimdəki padşah sarayından pərişan halda ayrıldılar.

Yeni doğulmuş Padşahı, İsanı burada tapacaqlarına ümid etmişdilər. Ona səcdə etmək, Ona baş əydiklərini hamıya elan etmək istəyirdilər. Lakin Onu Yerusəlimdə tapmamışdılar. Münəccimlər şəhərdən çıxanda hava qaralmışdı.

1-ci müdrik adam: "Görəsən, niyə Hirod o qədər həyəcanlanıb?"

2-ci müdrik adam: "Ulduzun ilk dəfə göründüyü vaxtı soruşmasının səbəbi də mənə qaranlıq qalır."

1-ci müdrik adam: "Budur, ulduz yenə göründü! Yəhudilərin padşahının doğulduğunu göstərən ulduz!"

Babilli adamlar ulduzu görəndə çox sevindilər.

Təsəvvür edin, ulduz göydə onların qabağında gedir və Bet-Lexemə aparan yolu onlara göstərirdi. Bir evin üstündə o dayandı. Həmin evdə Məryəm və Yusif Körpə İsa ilə qalırdılar.

Siyahıyaalmaya gələn başqa adamlar Bet-Lexemi tərk edəndən sonra, Məryəmlə Yusif o evdə məskən salmışdılar.

Axır ki, münəccimlər axtardıqları Padşahı tapdılar.

Evə girdilər, Məryəmlə Yusif ilə salamlaşdılar və Allahın göndərdiyi Padşahı, İsanı öz gözləri ilə gördülər.

Onlar heyrətlə İsanın qabağında baş əydilər, Körpəyə səcdə etdilər.

Onlar İsaya məxsus olmaq istəyirdilər; İsanın onların Padşahı olmasını, həyatlarına hökmranlıq etməsini istəyirdilər.

Bəs siz necə, uşaqlar? İsa sizin də Padşahınızdırmı? İsanın həyatınızı idarə etməsinə imkan verirsinizmi?

Bu dünyada İsa Padşahımız olsa, bundan gözəl heç nə ola bilməz.

Müdrik adamlar İsaya məxsus idilər. Hədiyyələrini açıb İsaya verdilər. Ürəkləri hədsiz minnətdarlıq hissi ilə dolu idi. Onlar əbədi Padşaha qızıl, dəyərli ətirlər və büxur hədiyyə verdilər.

Ona verə biləcəyimiz ən qiymətli hədiyyə öz həyatımızdır. Həyatını İsaya həsr edən hər kəs böyük mükafat alacaqdır.


Rollar: Aparıcı, iki müdrik adam

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 06:52 AM | powered by PmWiki (pmwiki-2.3.3)