Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 015 (The baked Bible)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

15. Bişmiş İncil


Qadın: “Gəlirlər! Gəlirlər!”

İmanlı qadın çörək bişirərkən pəncərədən baxıb, məsihçiləri təqib edən kişilərin onun evinə yaxınlaşdığını gördü. O kişilər imanlıların evinə girib hər yeri axtarar, tapdıqları bütün İncil və ilahi kitablarını yandırardılar.

Kişilər: “Aç! Aç dedik! Tez ol!” (qapını döyürlər)

İmanlı qadın nə edə bilərdi? Özünün əziz İncil Kitabını götürüb xəmirə bükdü və sobanın içinə itələdi. Sonra qorxu içində qapını açdı. Kişilər evə girib hər yeri axtardılar, bütün siyirmələri açdılar, qab-qacağı çıxartdılar, pal-paltarını əlləşdirdilər.

Nə qədər qarmaqarışıqlıq saldılar! Amma heç nə tapmadılar. Axırda hirslə söyüş söyərək bayıra çıxdılar və qapını bərk vurdular (qapını vururlar).

Ortalıq sakitləşəndən sonra imanlı qadın sobadan çörəyi çıxartdı. İncil Kitabı çörəyin içində sağ-salamat idi.

O ölkədə İncil Kitabı qadağan edilmişdi.

Lakin qadın insana deyil, Allaha itaət edirdi və evində gizlicə İncil saxlayıb Allahın Kəlamını oxuyurdu. Kəlam ona hər gün güc-qüvvət və cəsarət verirdi.

(musiqi səsi fonunda)

Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir,

Rəbbin əmrləri pakdır, gözləri aydın edir.

Rəbb qorxusu safdır, əbədi yaşayır,

Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir.

Onlar qızıldan, bol miqdarda olan saf qızıldan da çox sevilir,

Onlar baldan, şanı balından da şirindir.

Bəndən bunlardan nəsihət alar,

Onlara əməl edənin bol mükafatı var.

(Zəbur 19:8-11)

Bəs sizin evinizdə İncil Kitabı varmı, uşaqlar? Qoymayın, bu Kitabı rəfdə toz bassın. Onu oxuyun və Allahın sizə söylədiklərinə sevinin.

Və əgər İncil Kitabınız yoxdursa və siz onu istəyirsinizsə, bizə yazın.

Bəlkə İncil sizin də ən əziz Kitabınız olar.


Rollar: Aparıcı, kişi, qadın

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:21 AM | powered by PmWiki (pmwiki-2.3.3)