Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 153 (Does the devil exist 1)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

153. İblis varmı 1


Uşaq: "Mənim bir sualım var: iblis həqiqətən varmı? Bəs o, haradan gəlib?"

Bəli, iblis vardır. İblis əvvəlcə cənnətdə yaşayırdı.

Uşaq: "Cənnətdə?"

Lüsifer Allahın yaratdığı mələklərin ən gözəli idi.

O, Allah-Taalaya ibadət etmək üçün yaranmışdı. Lakin bir gün o, ürəyinə qürurlu fikirlər buraxıb.

Lüsifer: "Mən ən böyük olmaq istəyirəm. Allah kimi! Hər şeyin üzərində hökmranlıq etmək istəyirəm. İstəyirəm, özüm Allah olam!"

Lüsifer ən uca Olana ibadət etmək əvəzinə özü ən uca olmaq həvəsinə düşdüyünə görə, var olan Allah onu cənnətdən qovdu.

O zamandan bəri onu iblis və ya şeytan adlandırırlar. O, Allahın düşmənidir və Allahın xalqı üçün olan gözəl planlarını pozmaqdan ötəri əlindən gələni edir.

Allah bizim üçün həyatı, iblissə ölümü azrulayır.

Allah həqiqəti sevir, iblissə yalançıdır.

Allah xalqı ilə ünsiyyəti istəyir, iblissə bizi məhv etməyi arzu edir.

Uşaq: "O, Adəmlə Həvvanı aldatmağı bacarıb. Onlar günaha batıblar."

Mən sənə iblisin hiyləgər üsullarından danışacağam: iblis insanları Allahdan uzaqlaşdırmaq üçün onların ürəklərinə şübhə və imansızlıq salır.

İblis: "Doğrudanmı, Allah sizə bu ağacdan yeməyin, dedi? Ən yaxşısını sizin üçün qadağanmı etdi?"

Adəmlə Həvva iblisin yalanına uydular və bu yolla dünyaya ölüm gəldi. O vaxtdan bəri hamımız Allahdan ayrı düşmüşük.

Lakin Allahın məhəbbəti hər şeydən böyükdür, buna görə də O, iblisə qalib gələcəyini və hər şeyi təkrar düzəldəcəyini söylədi.

Uşaq: "O, İsadan danışır, mən bundan əminəm."

Düz deyirsən. İsa qalib gəlmişdir! İblis İsanın adı qarşısında titrəyir.

O, İsanın hansı xalqdan doğulacağını da bilirdi və yəhudiləri məhv etmək üçün firondan və başqalarından istifadə etmişdir.

Ancaq Allah iblisin planlarının baş tutmasına yol verməyib. Bir gecə Bet-Lexemdə İsa doğulmuşdur.

İsa qalib gəlmişdir! O, iblisin əməllərini yox etmək üçün gəlmişdir. Buna görə də iblis İsaya nifrət edir və var gücü ilə Ona qarşı mübarizə aparır.

Növbəti verilişdə mən sizə ondan daha ətraflı danışacağam.


Rollar: Aparıcı, uşaq, Lüsifer (iblis)

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 06:55 AM | powered by PmWiki (pmwiki-2.3.3)